24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Sozcu.info xəbər verir ki, belə fikirlə "Haaretz” nəşrində köşə yazarı Amos Harel çıxış edib.
Müəllifin iddiasına görə, İsrail Suriya üzrə aviazərbələrə son qoymayıb, ancaq, onun fikrincə, bu fakt aşkardır ki, Rusiyaya görə ciddi çətinliklər yaranıb. Amos Harel hesab edir ki, pessimist ssenariyə görə, Rusiya artıq Suriyanın hava məkanında açdığı "qoruyucu çətir”lə Livanı da örtə bilər.
"Ərəb KİV-lərinin xəbərlərinə görə, İsrail Livana 2014-cü ilin fevralından hava zərbələri endirmir. "Hizbullah”la şahmat oynamaq, Rusiyanın Suriya və Livandan nə istədiyini aydınlatmaqdan tamam ayrıdır”, - müəlllif yazıb.
Xatirladaq ki, bu il sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, "İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 "F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. Nəticədə 15 Rusiya hərbçisi həlak olub. İdarədən bildiriblər ki, İsrail pilotları "İl-20”nin arxasında gizlənərək onu "S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini "düşmən hərəkətlər” kimi qiymətləndirib.
Rusiya bu hadisədən sonra Suriyaya "S-300” zenit-raket sistemlərini çatdırıb.