8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Təhlükəsizlik məsələləri üzrə eksperti və Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki Konstantine Porçxiladze belə hesab edir ki, bu gün Gürcüstanda xüsusi-xidmət orqanlarında, o cümlədən Əks kəşfiyyat Departamentində qeyri-profesionallar işləyir və gözlənilən təhlükənin qarşısını nə cür alacaqlarından xəbərləri belə yoxdur. Ekspert xüsusi-xidmət orqanlarında işləyənlərin 99%-nin keçmiş polislərdən, yəni təcrübəsiz kadrlardan təşkil olunduğunu bildirib. Onun dediyinə əsasən, ölkədə bu işin peşəkarları mövcuddur və hakimiyyət ilk növbədə buna fikir verməli dir. K.Porçxiladze belə hesab edir ki, iqtidar məsələyə yenə laqeyd yanaşarsa sonra gec olacaq və kənardan gözlənilən təhlükələrin qarşısını almaq mümkün olmayacaq.
Bu gün Gürcüstana Rusiyadan olduğu kimi, İslam ekstremistəri tərəfindən də ciddi təhlükənin yarandığını söyləyən ekspertin fikrincə, təhlükə yaranarsa ilk növbədə milyarder Bidzina İvanişviliyə zərbə vurulacaq. Çünki qarışıqlıqdan Saakaşvilinin "Vahid Millətçi Hərəkatı Partiyası” olduğu kimi "qanuni oğrular” da öz maraqları üçün istifadə edəcək. K.Porçxiladze düşünür ki, son vaxtlar Tiflis və regionlarda kriminalın və adam öldürmə hadisələrin çoxalması məhz təhlükənin yaranması mümkünlüyündən xəbər verir. Ekspert qəzetin sualına cavab olaraq onu da vurğulayıb ki, Yerevanda bir qədər əvvəl "qanuni oğrular”ın keçirdiyi görüşdə ilk növbədə Gürcüstan hədəfə çevrilib. Etibarlı mənbələrə istinadən o deyib ki, RF-nin məqsədi "qanuni oğrular”ın vasitəsi ilə Gürcüstanda həbsxanalarda qiyam qaldırmaq və gürcü xalqını mövcud hakimiyyətə qarşı qoymaqdan ibarətdir.
Daha bir gürcü eksperti və Qafqaz Xalqları Konfederasiyasının rəhbəri Zaal Karselaşvilinin açıqlamasına görə, "İslam Xəlifəti” eksremistlərinin hədəflərindən biri Gürcüstandır. Çünki ölkədə ekstremistlərin tərəfini dəstəkləyən vəhabilər var ki, Gürcüstanın xüsusi-xidmət orqanları tərəfindən ekstremist qrupu kifayət qədər nəzarət edilmir. Bu da dövlət təhlükəsilzik xidmətinin qeyri-profesional kadrlardan təşkil olunmasından xəbər verir.
Ekspert belə hesab edir ki, Gürcüstan sərhədlərinə xeyli terrorist yığılıb ki, Gürcüstanın Müdafiə Nazirliyinin hərbi kəşfiyyatında bununla bağlı ciddi məlumatlar var. Lakin nazirlik nəsə tədbir görməyə tələsmir. Etibarlı mənbələrinə istinadən o, deyib ki, bu gün Gürcüstanda aqressiv vəhabi qruplaşmaların sayı çoxalıb və hakimiyyət mütləq buna əhəmiyyət verməlidir. O, etibarlı mənbələrə istinadən vurğulayıb ki, Gürcüstan sərhədlərinə yığılan İslam ekstremistlərinin bir qismi Şimali Qafqaza, bir qismi Rusiyaya, qalan hissəsi isə Kaxeti regionunun Pankisi dərəsinə keçməyi planlaşdırıb. Z.Karselaşvilinin fikrincə, bu vacib məsələdə Gürcüstan rəhbərliyinin ciddi tədbir görməsinə ehtiyac var.
Niyazi Hüseynov