8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yanvarın 15-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında mütləq səs çoxluğu ilə (704 iştirakçıdan 454-ü) "Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti haqqında” qətnamə qəbul edilib. Sənədin 36-cı maddəsi "Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinin hamısının suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləmək öhdəliklərinin təsdiqləməsinə” aiddir (Virtualaz.org).
Təhlilçilərə görə, Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin sonlarında verdiyi müsahibələrin birində Aİ-nin "Şərq Tərəfdaşlığı” layihəsi ilə bağlı səsləndirdiyi tənqidi çıxışı çox keçmədən Avropa hakimiyyətlərinin qərarlarına öz təsirini göstərməyə başlayıb. Qətnamədən çıxış edərək, Avropa İttifaqının ölkəmizə qarşı münasibətinin son aylarda müsbət yöndə sürətlə dəyişdiyini qeyd etmək olar.
V Çağırış Milli Məclisin YAP-çı deputatı, politoloq Elman Nəsirov qətnaməni olduqca müsbət dəyərləndirdi: "Ölkəmizin rəhbəri, cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, biz açıq siyasət həyata keçiririk, Azərbaycan istənilən dövlətlə münasibətlərində bərabərhüquqlu, bir-birinin daxili işlərinə qarışmama, qarışıqlı, faydalı əməkdaşlıq prinsipini əsas götürür və bu prizmadan öz siyasətini həyata keçirir. Bu, istisnasız olaraq tətbiq edilir. Avropa İttifaqı ilə münasibətlərimiz də eyni prinsiplərə söykənir. Cənab İlham Əliyev dəfələrlə çıxışlarında bu məsələlərə toxunub. Xüsusilə, son çıxışlarında Avropa İttifaqı ilə bağlı bir sıra tənqidi fikirlər də səsləndirdi. Avropa inteqrasiya nöqteyi-nəzərindən müəyyən tənqidi fikirlərini açıq şəkildə bildirdi. Onun Avropa İttifaqı və Avropa Parlamenti ilə bağlı bəlli mövqeyi bəllidir. Avropa İttifaqının rəhbərliyi də bu mövqe ilə tanışdır. Hesab edirəm ki, ölkə başçısının Avropa İttifaqı və Parlamenti, xüsusilə, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində söyləmiş olduğu obyektiv tənqidi fikirlər bu qurumun rəhbərliyinə təsirsiz qalmayıb. Ölkə prezident onu da söyləmişdi ki, biz "Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində iştirak etdik, bu proqrama qoşulduq, ancaq bir çox hallarda Avropa İttifaqı bu proqram çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Nəzərə alaq ki, bu proqramda iştirakçı dövlətlərdən biri olan Ermənistan digər iştirakçı dövlətin, yəni Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Avropa İttifaqı tərəfindən bu istiqamətdə prinsipial, Ermənistanın mövqeyini dəyişə, təsir edə biləcək mövqe ortaya qoyulmur. Bu reallıq Azərbaycan ictimaiyyətində haqlı narahatlığa səbəb olur. Düşünürəm ki, cənab prezidentin haqlı olaraq bu tənqidi mövqeyi öz bəhrəsini verib. Avropa İttifaqının xüsusi olaraq, "Şərq Tərəfdaşlığı” ölkələrinin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı ilə bağlı məsələləri qabartması, bunu bir daha gündəmə gətirməsi, məhz bu prinsipi müdafiə etməsi Azərbaycan üçün olduqca vacib məqamlardan biridir. Ölkəmizin ərazi bütövlüyünü faktiki olaraq Avropa İttifaqının dəstəkləməsi çox vacib məsələdir. Onu da qeyd edək ki, 2018-ci ildə Avropa İttifaqının tərəfdaşlıq predimentləri deyilən sənəd qəbul edilmişdi. Həmin sənəddə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, ərazilərinin toxunulmazlığı prinsipi əsasında həlli məsələsi öz əksini tapmışdı. Hesab edirəm ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin çevik, prinsipial, qətiyyətli şəkildə yürütdüyü xarici siyasət öz dividentlərini gətirməkdədir. Son olaraq, Avropa İttifaqının atdığı addıma bu kontekstdə qiymət vermək lazımdır”.
Deputat son iki ayda Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyində ciddi dəyişikliklərin olduğunu da qeyd etdi: "Avropa İttifaqı mövcud reallıqlar çərçivəsində Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini ortaya qoyacağını son iki ayda yoxlamış oldu. Bununla sanki ölkəmizi sınağa çəkdilər. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək, öz milli maraqlarından bir addım da geri çəkilmir. Ölkə prezidenti çox qətiyyətli şəkildə Azərbaycanın milli maraqlarını müdafiə edir. Cənab prezident vaxtı ilə bu fikirləri söyləmişdi: "Burada ən rahat yol ayrı-ayrı böyük dövlətlərin qanadları arasına sığınmaqdır, orada özünü rahat hiss edirsən, lakin biz bu yolu seçmədik, biz çətin və şərəfli yolu seçdik, o yol da müstəqillik, milli maraqlara söykənən yoldur”. Görürlər ki, Avropa İttifaqı və Parlamenti, eləcə də digər beynəlxalq qurumlar tərəfindən Azərbaycana qarşı təzyiqlər heç bir nəticə vermir. Cənab prezidentin söylədiyi kimi, Azərbaycanın öz yolu var. Taleyimiz öz əlimizdədir. Biz öz yolumuzla gedirik. Bu yol müstəqillik yoludur ki, bu da bizim ən böyük sərvətimizdir. Biz ondan bir addım da geri çəkilmərik. Müstəqilliyimiz həm də xoşbəxtliyimizdir. Kim o xoşbəxtlikdən imtina edər? Azərbaycan bütün təzyiqlərə baxmayaraq, öz qətiyyətli, prinsipial mövqeyindən bir addım da geri çəkilmədi, milli maraqlara söykənən xarici siyasət kursunu davam etdirdi. Son çıxışlarında dövlət başçısı Dünya Ticarət Təşkilatı, Avropa Parlamenti, Avropaya inteqrasiya ilə bağlı səsləndirdiyi fikirlər Avropa İttifaqının rəhbərliyinə ciddi təsir göstərdi. Onlar gördülər ki, Azərbaycanla bərabərhüquqlu, qarışıqlı faydalı əməkdaşlıq çərçivəsində əlaqələri inkişaf etdirmək ən düzgün yoldur. Əvvəl bir dəfə də belə hal baş vermişdi. Azərbaycan-Avropa İttifaqı münasibətlərində bir gərginlik yaranmışdı. O zaman 20 nəfər heyət gəlmişdi və cənab prezident onlara açıq şəkildə fikirlərini dedi, qərəzli olduqlarını ifadə etdi. Onlar qayıtdıqdan sonra həmin vaxt bir ildir fəaliyyətini dayandıran Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi fəaliyyəti bərpa edildi. Yeri gəlmişkən deyim ki, mən də o komitənin üzvüyəm. Ara-sıra müxtəlif təzyiqlər olunur. Amma bununla Azərbaycana təsir etmək mümkün deyil. İstənilən dövlətin başçısı o zaman güclü olur ki, arxasında xalqı dayanır. Xalqımız prezidentin ətrafında sıx birləşib, onun söykənmiş olduğu siyasi kursu birmənalı dəstəkləyir”.
Müsahibimiz Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq Tərəfdaşlıq sazişinə də toxundu: "Bilirsiniz ki, 2017-ci ildən bu yana Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq sazişininin imzalanması istiqamətində işlər gedir. Həmin sənədi hazırlayan tərəf Azərbaycandır. Ölkəmiz onu hazırlayıb Avropa İttifaqına təqdim edib. Bütün bunlar onu göstərir ki, Azərbaycanın prinsipial mövqeyini Avropa İttifaqında yaxşı bilirlər. Bir çox hallarda analoji sənədləri Avropa İttifaqının özü hazırlayıb qarşı tərəfə təqdim edirdi. Amma bizdə belə olmadı. Azərbaycanın hazırladığı sənəddə xeyli razılaşmalar var. Amma razılıq əldə olunmayan bir sıra məsələlər də olmamış deyil. Buna da ölkəmizin başçısı aydınlıq gətirib. Belə dezolar ortaya atılır ki, guya Avropa İttifaqı Azərbaycanda gedən proseslərdən narazıdır və bu səbəbdən sənədin imzalanması yubanır. Amma cənab prezident açıq şəkildə bəyan etdi ki, bu məsələnin uzanmasının səbəbi bizik. Bildirdi ki, bəzi məsələlər bizim milli dövlətçilik maraqlarımıza uyğun gəlmir. Sazişin bağlanmasının əsas səbəblərindən biri kimi milli maraqlarımızı qorumağımızı önə çəkə bilərik”.