8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı üzrə yeni reytinq açıqlanıb. 2009-cu ildə elan olunmuş proqram Ukrayna, Moldova, Belarus, Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edir.
Novator.az bildirir ki, 2015-ci ilin mart ayından 2016-cı ilin dekabr ayınadək dövrə aid hesabatda 6 ölkə iki meyar üzrə qiymətləndirilib: yaxınlaşma (demokratiya və insan hüquqları, Avropa İttifaqı ilə inteqrasiya, davamlı inkişaf) və qarşılıqlı əlaqə (beynəlxalq təhlükəsizlik, siyasi dialoq və əməkdaşlıq, ticarət əlaqələri və s.).
Azərbaycan yaxınlaşma meyarı üzrə 0,56 bal, qarşılıqlı əlaqə meyarı üzrə 0,42 bal toplayıb.
Moldovanın göstəriciləri 0,73 bal və 0,68 bal, Gürcüstanın göstəriciləri 0,67 bal və 0,66 bal, Ukraynanın göstəriciləri 0,72 bal və 0,62 bal, Ermənistanın göstəriciləri 0,68 bal və 0,47 bal, Belarusun göstəriciləri 0,45 bal və 0,46 baldır.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.