ABŞ-dakı hadisələr müxalif düşərgənin ümidini qırıb

 

ABŞ-da qaradərili Corc Floydun ağdərili polis tərəfindən amansızlıqla öldürülməsinə qarşı kütləvi etirazlar davam edir. ABŞ polisi bu etirazları yatırtmaq üçün ən qəddar üsullara belə əl atır. Nəticədə 15-dən yuxarı qaradərili etirazçı öldürülüb, yüzlərlə jurnalistə qarşı kobud davranışa yol verilib, minlərlə insan həbs olunub.

Hüquq müdafiəçiləri ABŞ-da keçirilən etiraz aksiyaları zamanı polislərlə jurnalistlər arasında 320-dən çox insidentin yaşandığını bildiriblər. Bu barədə ABŞ-ın ondan artıq müstəqil jurnalist qrupunu birləşdirən qeyri-kommersiya təşkilatı "Press Freedom Tracker” tərəfindən Twitter platformasında məlumat yayılıb: "”328+ mətbuat azadlığına hücum hadisəsi, 54+ həbs. Jurnalistlərə 208 hücum, polis tərəfindən media qurumlarının ofislərinə 173 basqı".

Dünyaya demokratiyadan, azadlıqdan, insan huquqlarından dərs keçməyə çalışan ABŞ-ın özundə artıq demokratiya ayaqlar altındadır. ABŞ hələ 16-17 il öncə Quantanamo həbsxanasındakı işgəncələrə görə dünyadakı demokratiya aşiqlərini xəyal qırıqlığna uğratmışdı. İndi də son bir həftədə öz daxilində etiraz edən kütlələrə qarşı amansız davranışı ilə qınağa tuş gəlir. Amerikanın davranışı dünyada demokratiyaya mənfi təsirlərini göstərəcəkmi? Dünyada demokratiya böhranını dərinləşdirəcək?

Elşad Musayev: İllərin təcrübəsi göstərir ki, Cəmil Həsənli öz ...

Elşad Musayev: "Demokratiyanın iqtisadi maraqlara  qurban veriləcəyinin hələ çox şahidi olacağıq”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Yeni Müsavat”a bildirdi ki, son dövrlər Amerikada baş verən hadisələr bütün dünyada maraqla izlənilir və bunun təsirləri bir sıra ölkələrə sıçrayır. Avropada da bu cür etirazlar təşkil olunur. Amerikanın davranışlarının dünyada demokratik proseslərə hansı dərəcədə təsir etdiyini və ya edəcəyini demək çətindir: "Əslində dünya ilk növbədə iqtisadi, geopolitik, təhlükəsizlik və daha sonra demokratik dəyərlərə üstünlük verir. Bəzən ikili standartlar da açıq-aşkar özünü göstərir. Odur ki, ilk növbədə iqtisadi maraqlar gəldiyindən demokratiyanın ona qurban veriləcəyinin hələ çox şahidi olacağıq”.

Tural Abbaslı:

Tural Abbaslı: "Azərbaycan cəmiyyəti artıq  kənardan xilaskar və "ağ atlı” qəhrəmanlar  gözləməməlidir”

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, özünü demokratiyanın və demokratik  dəyərlərin hamisi kimi qələmə verən, buna görə müxtəlif dövlətlərin daxili işinə qarışan və hətta demokratiyanı bəhanə edərək hansısa dövlətlərə hərbi  müdaxilə edən Amerika kimi ölkədə baş verən hadisələr dünyada demokratiyaya təsirsiz keçməyəcək: "Ancaq artıq Azərbaycan daxil, bir çox dövlətlərin demokratik  qüvvələri Amerika timsalında demokratiya carçılarına və idxalçılarına inanmır. Dünyada baş verən son hadisələr onu sübut etdi ki, demokratiya və  demokratik dəyərlər heç də illərdir təbliğ olunan kimi dünyanın bir nömrəli prioritet  məsələsi  deyil. Hətta demokratiya dünyanın super dövlətlərinin prioritetləri sırasında ilk üçlüyə belə daxil edilmir. Yəni demokratiya heç bir dövlətin daxili işi deyil anlayışı öz mənasını tam itirib. Hazırda əsas formalaşan fikir o olmalıdır ki, demokratiya hər ölkənin inkişafı yolunda keçməli olduğu öz daxili və önəmli işidir. Biz artıq illərdir görürük ki, hər dövlətin öz maraqları var və bu maraqlar dünyada demokratiyanın yayılmasından daha önəmlidir. Bu, belə olmasaydı,  demokratiya idxalçıları olan ölkələr avtoritar və diktator rejimləri ilə əməkdaşlıq etməz, onlara bu  və ya digər  formada  dəstək verməzdilər. Diqqət etsəniz görərsiniz ki, dünyadakı bütün avtoritar və antidemokratik  rejimlərin arxasında demokratiya carçıları olan ölkələr dayanır.  Mən düşünürəm  ki, Azərbaycan cəmiyyəti də artıq  kənardan xilaskar və ”ağ atlı" qəhrəmanlar  gözləməməli, onlara ümid etməməlidir. Xalqımız demokratiya və güclü dövlət quruculuğu  istiqamətində ancaq və  ancaq özünə, öz gücünə arxayın  olmalıdır. Bu  dövlət bizimdir və bizim olan  dövlətin də  taleyini  özümüz  həll etməliyik".



Oxşar Xəbərlər

Xəbər lenti