Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edildi


AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib.

Sozcu.info-nun əldə etdiyi məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, E.Əmirov R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Manset.az saytı yayıb.



Oxşar Xəbərlər

Xəbər lenti