ADRA “Zəfər Günü”nə həsr olunmuş “Marsol Zəfər Kuboku” intellektual yarışmasının tərəfdaşı olub -Foto

8 Noyabr – Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” adlı şirkətlərarası “4-cü Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib. Marsol Group-un partnyoru olan 27 şirkət və dövlət qurumlarının təmsil olunduğu yarışmada ümumilikdə 200-ə yaxın iştirakçı bilik və məntiq yarışı aparıb. Gərgin və maraqlı keçən yarışmada komandalar müxtəlif mövzular üzrə suallara cavab verərək intellektual mübarizə aparıblar.

Yarışmanın yekununda “Birbank Biznes” komandası “4-cü Marsol Zəfər Kuboku”nun qalibi olub. “Roof Academic Training” şirkəti ikinci, “Pasha Life” komandası isə üçüncü yeri qazanıb. Qalib komandalar diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunublar.

Tədbirin tərəfdaşları sırasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Vergi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu və Birbank Biznes yer alıb. ADRA-nın bu kimi layihələrdə iştirakı agentliyin maarifləndirici və ictimai yönümlü təşəbbüslərin dəstəklənməsi istiqamətində fəal mövqeyinin göstəricisidir.




Oxşar Xəbərlər

Xəbər lenti