“PUA-larımız, raketlərimiz Azərbaycanın əmrindədir” – Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovla görüşüb.
Bu barədə İ. Dəmir “Twitter”də paylaşım edib.
 “İki qardaş ölkənin bird aha tək ürək olduğunu bütün dünyaya göstərməli olduğumuz zamanda müdafiə sənayesində də əməkdaşlıq məsələlərini müzakirə etdik. Müdafiə sənayemiz PUA-lardan silah-sursata və raketlərə, elektronik hərbi sistemlərinə qədər bütün təcrübə, texnologiya və qabiliyyətləri ilə hər zaman Azərbaycanın əmrindədir. Azərbaycan Ordusuna yeni sistemlər qazandırmaqla bərabər, mövcud sistemlərin modernləşdirilməsi, təmir və təlim fəaliyyətləri ilə əlaqədar birlikdə çalışacağıq. Bir millət, iki dövlət!”, – deyə görüş zamanı Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru bildirib./apa/




Oxşar Xəbərlər

Xəbər lenti