10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
ADPU-da Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi dekabr ayının 9-da Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub. Sonra isə universitetin 2 nömrəli tədris binasındakı Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Anım mərasimində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov anım mərasimində geniş və məzmunlu çıxış edərək bildirib ki, xalqımızın böyük oğlu, Türk dünyasının məşhur siyasət və dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin vəfatından 13 il keçir. 2003-cü il dekabr ayının 12-i sözün həqiqi mənasında xalqımız, millətimiz üçün çox ağır və kədərli bir gündür. Çünki xalqımız həmin gün öz böyük oğlunu, millətsevər rəhbərini itirmişdi. Qədirbilən xalqımız böyük kədər və sıxıntı içində öz müdrik, vətənpərvər rəhbəri ilə vidalaşırdı. Hamı bir nəfər kimi Ulu Öndərə öz mənəvi borcunu vermək üçün Fəxri Xiyabana üz tutmuşdu, dahi liderimizə olan ümumxalq sevgisi, ümumxalq məhəbbəti özünü hər yerdə göstərirdi.
Ulu öndərimiz Heydər Əliyevin vəfatı eyni zamanda bütün dünyada böyük əks-səda doğurmuşdu. Dünyanın böyük və aparıcı dövlətlərinin rəhbərləri, ən məşhur şəxsləri, tanınmış siyasətçiləri Heydər Əliyevlə vidalaşmaq və cənazə törəninə qatılmaq üçün Bakıya gəlmişdilər.
Ulu öndərimiz Heydər Əliyev son 35-40 ildə dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlər göstərmiş böyük tarixi şəxsiyyətdir. Biz bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın bu böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. Dahi şəxsiyyət Heydər Əliyev hələ Sovetlər Birliyi dövründə Azərbaycana rəhbər seçilərkən ölkəmizi tənəzzüldən xilas etmiş, onu inkişaf yoluna çıxarmışdır. Belə ki, 1969-cu ilin iyul ayının 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi
ilə Azərbaycan cəmiyyətinin mövcudluğunun, fəaliyyətinin, bütövlükdə həyatının ideya-konseptual prinsiplərinin təməli qoyuldu. İqtisadi və mənəvi tənəzzül dövrünü yaşayan Azərbaycanın tərəqqiyə dönüşü, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışa dönüşünün başlanğıcı oldu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa müddətdə cəmiyyət həyatının bütün sahələrinin sürətli yüksəlişi, istehsalın, elmin, mədəniyyətin, mənəviyyatın tərəqqisi əslində daha böyük nailiyyətlərə, milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlməsinə səbəb oldu. Bunlar isə gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən əzəmətli planın tərkib hissəsini təşkil etdi.
Ulu öndər Heydər Əliyev həmişə elm və təhsilə böyük qayğı və diqqət göstərmişdir. Azərbaycanda təhsil sisteminin, o cümlədən ali təhsil müəssisələrinin formalaşmasında, dövrün tələblərinə uyğun yenidən qurulmasında, sürətlə inkişafında, milli kadrların hərtərəfli hazırlanmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri vardır. Ulu Öndər ADPU-nun tədris və elmi həyatı ilə daim maraqlanmış, Pedaqoji Universitetin yenidən qurulması, genişlənib möhkəmlənməsi üçün ciddi tədbirlər həyata keçirmişdir. Bu qayğı və diqqət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Heydər Əliyevin milli təhsil sistemimizin inkişafındakı böyük xidmətlərindən biri də onun şəxsi təşəbbüsü və qayğısı sayəsində 1970-1980-ci illərdə keçmiş Sovet İttifaqının 50-dən çox şəhərinin 170-dən artıq məşhur ali məktəblərində ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin təhsil alması olmuşdur. Müqayisə üçün deyək ki, 1970-ci ildə Azərbaycandan başqa respublikaların ali məktəblərinə cəmi 60 nəfər tələbə göndərilmişdirsə, 1975-ci ildə 674 nəfər, yəni 11 dəfədən çox tələbə göndərilmişdir. Bu, böyük tarixi-mədəni nailiyyət idi və bu tarixi uğur Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycandan kənarda təhsil almış yüksəkixtisaslı mütəxəssisləri «Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti» kimi yüksək qiymətləndirərək onların potensial imkanlarının bir istiqamətdə cəmləşdirilməsi, müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni
quruculuğunda səmərəli istifadə olunması üçün dəyərli tövsiyələr vermişdir. Azərbaycanlı gənclərin xaricdə təhsili sahəsindəki bu mütərəqqi siyasəti müasir dövrümüzdə Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir.
1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatmışdı. Həmin illərdə Azərbaycanın şəhər, kənd və qəsəbələrində 700-ə qədər yeni məktəb binası tikilib istifadəyə verilmişdi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda 1970-1982-ci illərdə 5 yeni ali təhsil müəssisəsi yaradılmış, ali məktəb tələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdı.
Ulu öndər Heydər Əliyev həmin uzaqgörən siyasəti azərbaycanlı hərbi mütəxəssislərin yetişdirilməsi sahəsində də həyata keçirirdi. Təkcə 1982-ci ildə keçmiş Sovetlər Birliyinin ali hərbi məktəblərinə 550 nəfər azərbaycanlı gənc qəbul edilmişdi. Cəmşid Naxıçvanski adına Hərbi Liseyin yaradılması da ulu öndər Heydər Əliyevin adı və vətənpərvər fəaliyyəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda yenidən respublikamızda hakimiyyətə qayıtdıqdan sonra da ali məktəblərin fəaliyyəti ilə ciddi şəkildə maraqlanmağa başladı. Müstəqillik dövründə onun yenidən böyük siyasətə qayıdışı Azərbaycan təhsilini durğunluqdan və əldə edilmiş nailiyyətlərin itirilməsindən xilas etdi.
Xalqımızın dilinə, zəngin mədəni irsinə, yüksək milli-mənəvi dəyərlərinə böyük qayğı və diqqət göstərilməsi də ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Hələ 1978-ci ildə Ulu Öndərin qətiyyət və fədakarlığı sayəsində Azərbaycan dili dövlət dili kimi Konstitusiyaya salınmışdı. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinə olan böyük məhəbbətini, sonsuz ehtiramını müstəqil ölkəmizə rəhbərlik etdiyi dövrlərdə daha yüksək səviyyədə göstərmişdir. Ulu Öndər 18 iyun 2001-ci il tarixdə «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Fərman, 4 iyul 2001-ci il tarixdə «Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında» Sərəncam, 9 avqust 2001-ci il tarixdə «Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi haqqında» sərəncam, 2 yanvar 2003-cü il
tarixdə isə «Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Fərman imzalamışdır.
Qüdrətli siyasi xadim Heydər Əliyev respublikamızda yenidən hakimiyyətə qayıtdıqdan sonra təhsil müəssisələrinin normal fəaliyyət göstərməsi və təhsilin milli tərəqqimizin əsas amilinə çevrilməsi üçün ölkəmizdə geniş islahatlar proqramı işlənib hazırlandı. «Təhsil millətin gələcəyidir!» deyən ulu öndər Heydər Əliyev 1998-ci ilin martında «Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılması haqqında» Sərəncam imzaladı. Hərtərəfli müzakirələrdən sonra 1999-cu ilin iyununda «Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı» təkmilləşdirilmiş variantda təsdiq edildi.
Təhsil sahəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YAP-ın Sədr müavini, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm xidmətləri var. Heydər Əliyev Fondu tərəfındən xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsilinin inkişafı, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülmüşdür. Azərbaycan təhsilinin, elminin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunmasına, bütün dünyada təbliğinə önəmli töhfələr verən Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, humanitar yönümlü proqramlar Azərbaycandan çox-çox uzaqlarda da böyük rəğbətlə qarşılanır.
Rektor Cəfər Cəfərov çıxışının sonunda bildirib ki, cəmiyyətdə insanı insanlardan fərqləndirən, onu yaddaşlarda əbədi yaşadan əsas şərt şəxsiyyətin bütövlüyüdür. Ulu öndər Heydər Əliyev də öz yenilməz iradəsi, qətiyyəti, müdrikliyi ilə bütöv şəxsiyyət idi. Sağlıqlarında xalqına, millətinə vicdanla xidmət edən böyük şəxsiyyətlər fiziki yoxluqlarından sonra da gərəkli olurlar. Ulu öndər Heydər Əliyev həm də öz böyük adı, mütərəqqi fikir və idealları ilə bütün bəşəriyyətin yaddaşına əbədi köçmüşdür. Xalqımızın, millətimizin fədaisi olmuş ümummilli liderimiz Heydər Əliyev cismən bizim aramızda olmasa da, ruhən, mənən həmişə bizimlədir. Ulu Öndərimizin xatirəsi bizim üçün çox əziz və
unudulmazdır. Qədirbilən xalqımız həmişə ulu öndər Heydər Əliyevin xatirəsini, onun dövlətçilik ideallarını əziz tutacaqdır. Bir sözlə, nə qədər müstəqil Azərbaycan xalqı, Azərbaycan dövləti var, ulu öndərimiz Heydər Əliyev də bizimlədir!
ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımızın intellektual potensialının yüksəldilməsi, dünyada tanıdılması üçün həyata keçirdiyi məqsədyönlü fəaliyyətindən danışıb, onu qüdrətli siyasi xadim, görkəmli dövlət rəhbəri kimi səciyyələndirib. Bildirib ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz həyatımızın bütün sahələrində böyük uğurlar, nailiyyətlər qazanır.
Anım mərasimində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və məşhur "Azərbaycan” mahnısı səsləndirilib.
Oxşar Xəbərlər
BDU Yessentukidə ilk rektorunun barelyefini açıb
“Avropa hüququ və milli qanunvericilik: qarşılıqlı əlaqələrin formalaşması və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktiki konfrans
Dövlət Bayrağı Gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi - SDU-da
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…