“Qazaxıstanın əldə etdiyi nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacağına inanırıq” - Ceyhun Bayramov

“Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasından yanadır”.
Sozcu.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Qazaxıstanla bağlı fövqəladə toplantısında söyləyib.
“Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək”, - nazir bildirib.


Oxşar Xəbərlər

Xəbər lenti