Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Əvvəlki
Sonrakı
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Bu gün, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Bu gün, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
İlham Əliyev və Zelenski mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.
Sozcu.info xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Xoş sözlərə görə cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Məni Ukraynaya səfərə dəvət etdiyiniz üçün də Sizə minnətdaram. Mən çox şadam ki, Ukrayna-Azərbaycan əlaqələrində çox ciddi irəliləyiş var. Bizim aramızda yüksəksəviyyəli siyasi dialoq aparılır. Biz Prezident Zelenski ilə keçən ay, düz bir ay bundan əvvəl Brüsseldə görüşmüşük. Prezident Zelenski qeyd etdiyi kimi, 2019-cu ilin sonunda Azərbaycana səfər etmişdir. Yəni biz təmasları möhkəmləndiririk və müzakirələr əsnasında iki ölkə arasındakı gələcək inkişaf perspektivlərini həm müzakirə edirik, həm də ki, vacib qərarlar qəbul edirik. O cümlədən bu gün keçirdiyimiz çox geniş fikir mübadiləsi nəticəsində əminəm ki, yaxın gələcəkdə biz yeni, gözəl hadisələrin şahidi olacağıq.
Prezident qeyd etdiyi kimi, yaxın gələcəkdə biz diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəcəyik, fevralın 6-da. Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır.
Xalqlarımızı dostuq əlaqələri birləşdirir və bildiyiniz kimi,
Azərbaycanda
Ukrayna xalqının mədəniyyətinə çox böyük maraq və böyük hörmət var. Bu hörmətin əlamətini Bakı şəhərində də görmək olar. Bakının mərkəzi yerlərinin birində böyük Ukrayna oğlu Taras Şevçenkonun abidəsi bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə ucaldılmışdır və onun adına olan parkda həm Bakı sakinləri, həm şəhərimizin qonaqları
istirahət
edirlər. Eyni zamanda, Bakının ən böyük meydanlarının biri Ukrayna adını daşıyır. Yəni, bu faktlar özlüyündə onu göstərir ki, xalqlarımız arasında əlaqələrin böyük tarixi var və biz bu əlaqələri qoruyuruq.
Bu gün geniş müzakirə etdiyimiz məsələlər haqqında Prezident artıq öz çıxışında bildirdi. Əlavə etmək istəyirəm ki, müzakirə etdiyimiz bütün istiqamətlər üzrə konkret fəaliyyət proqramının işlənməsi ilə bağlı bu gün müvafiq göstərişlər verildi. Həm birgə hökumətlərarası komissiyasının rəhbərliyinə, həm aidiyyəti qurumların rəhbərlərinə və əminəm ki, iki aydan sonra birgə komissiyanın
Bakıda
keçiriləcək növbəti iclasında artıq konkret qərarların verilməsinin də şahidi olacağıq.
Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir və şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri ilə üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur.
Şadam ki,
ticarət
dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard
dollar
səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir.
Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bir yenilikdir, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.
Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq.
Bir daha hörmətli cənab Prezident, dəvətə, qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, Sizi yenidən Bakıya səfərə dəvət edirəm. Sağ olun.
Sonra Ukrayna dövlətinin başçısı bəyanatla çıxış etdi.
Ukrayna Prezidenti Volodimir Zelinskinin bəyanatı
- Çox sağ olun.
Sabahınız xeyir, hörmətli jurnalistlər, hörmətli qonaqlar.
Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
Bu gün mən məmnuniyyətlə Kiyev şəhərində bizim etibarlı tərəfdaşımız, mənim dostum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini salamlayıram. Onun səfəri böyük rəmzi xarakter daşıyır, xüsusi bir səfərdir. Əslində, bizim ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edən bu səfər baş tutur.
Bu gün biz siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində fikir mübadiləsi apardıq. Ukrayna və Azərbaycan prezidentləri Bəyanat imzaladılar. Bunun sayəsində suverenlik və ərazi bütövlüyü məsələlərində ölkələrimiz arasında dəstək verəcəyik, bizim beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacağıq. O cümlədən biz təhlükəsizlik məsələləri - Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq, bütün çətinlikləri birgə nəzərdən keçirərək istər regional, istər qlobal çətinlikləri birgə araşdıraraq cavab həllərini hazırlayacağıq.
Biz, həmçinin təbii ki, münasibətlərimizin gücləndirilməsinə xüsusi diqqət yetirəcəyik. Kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrinə aid olan ikitərəfli 6 sənəd imzalandı. Bunlar çox vacibdir. Qarşımızda planlarımız çoxdur və bu gün biz cənab Azərbaycan Prezidenti ilə geniş müzakirə apardıq. Bizim məhz qida təhlükəsizliyi sahəsində razılaşmamız, o cümlədən ticarət sahəsində aparılan müzakirələr geniş imkanlar yaradır.
Əlbəttə, biz bilirik ki, pandemiya qlobal səviyyədə hələ davam edir. Lakin COVID-19-a baxmayaraq, əslində, 7 il ərzində ilk dəfə olaraq bizim ikitərəfli ticarətimizin dövriyyəsi təxminən artıq 1 milyard dollara çatıb. Bu, bizim qarşımızda daha mühüm məqsədlər qoymağa imkan yaradır. 2024-cü ilə qədər bizim ticarət dövriyyəmizin bundan sonra da artırılması ilə bağlı dəqiq planımız var. Biz, həmçinin bir sıra birgə genişmiqyaslı layihələr əsasında sərmayələrin qoyulması, Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik. Mən infrastruktur layihələrini nəzərdə tuturam. Ukraynanın
şirkət
ləri Azərbaycanda həyata keçirilən layihələrdə iştirak edə bilər. İndicə cənab Azərbaycan Prezidenti bizi dəvət etdi. Təbii ki, Azərbaycan şirkətləri də Ukraynada fəaliyyət göstərir. Biz, eyni zamanda, təbii ki, avtomatlaşdırma və bu kimi sahələrdə şirkətlərimizlə əməkdaşlığın genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu əməkdaşlıq qarşılıqlı şəkildə faydalı ola bilər.
Biz, həmçinin bu ilin birinci yarısında hökumətlərarası birgə iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılığa gəldik. Azərbaycan və Ukrayna prezidentləri bu məsələyə də öz dəstəyini veriblər. Biz, həmçinin tranzit potensialını nəzərdən keçirdik və belə bir nəticəyə gəldik ki, müxtəlif dövlət qurumları və agentlikləri arasında bu təmasları daha da genişləndirərək bu sahədə təcrübəni artırmalıyıq. Daha sonra aviasiya sahəsində istərdik əməkdaşlığımız genişlənsin. Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir. Kənd təsərrüfatı sahəsinə gəldikdə, biz əməkdaşlıq üzrə razılığa gəlmişik. Daha sonra titanın istehsalı sahəsində müzakirələr aparmışıq.
Yekun olaraq, icazə verin, cənab Prezident İlham Əliyevə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkürümü bildirim. Onlar, həmçinin mənim Sizin ölkənizə səfərimi xatırlatdılar. Bizə göstərilmiş qonaqpərvərlik hələ də yadımdadır və hesab edirəm ki, məhz bu gündən etibarən bizim strateji tərəfdaşlığımız sahəsində biz yeni səhifəni açacağıq.
Mən bunu tarixi bir səfər adlandırıram. Bizim çox əhatəli əməkdaşlığımız var.
Bir daha, cənab Prezident, Sizə təşəkkürümü bildirirəm. Diqqətinizə görə minnətdaram.
Oxşar Xəbərlər
İlham Əliyev SOCAR-ın Ukraynadakı fəaliyyətindən danışdı
Zelenski Saakaşvilinin müdafiəsinə qalxdı
Zelenski Saakaşviliyə görə xahiş etdi
Rusiya ilə müharibə ehtimalı var – Zelenski
Xəbər lenti
Əli Əsədov sərəncam imzaladı
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır
Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində -
Fotolar
Daşaltı kəndinin fonunda
Fotolar
1200 abonentin qazı kəsiləcək
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR -
Video
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Güneldən atası ilə bağlı paylaşım -
Foto
Daşınmaz əmlakla bağlı BUNU EDİN-
Əks halda CƏRİMƏ
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
Kanadada silahlı insidentdə 3 nəfər öldü
-VİDEO
Suyu Zaur Mikayılov verir, yoxsa Adil Əliyev?
Məşhur şirkətlə bağlı ŞOK İDDİA:
20 milyard dollarlıq MƏHKƏMƏ
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
XİN-dən dövlət qulluqçuları ilə bağlı PAYLAŞIM
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi
Bakının bəzi ərazilərində işıq kəsiləcək
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir?
Bakıda 24 yaşlı qız faciəli şəkildə ÖLDÜ
Prezidentlərin geniş tərkibdə görüşü oldu
FOTO
DİQQƏT: Maşın bazarında "Dovşan" adlı dələduz qruplaşma fəliyyət göstərir
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
AZAL yeni "Airbus A320neo" təyyarəsini istismara verdi
Türkiyədə toy yasa çevrildi - 15 yaşlı yeniyetmə 11 nəfəri güllələdi
Partlayış səsləri eşidiləcək -
Əhaliyə xəbərdarlıq!
Bu həftə 4 gün işləyəcəyik
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu xanıma yüksək vəzifə verildi -
FOTO
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu
Sabirabadda gənc qızın meyiti hamamda tapıldı
SON DƏQİQƏ! Sumqayıtda yaşayış binasında PARTLAYIŞ -
Xəsarət alanlar var
Həkimdən gecələr telefona baxanlara
XƏBƏRDARLIQ
26 yaşlı gənc Qarabağ kanalında batdı
Dünya bu tarixdə TAM QARANLIĞA qərq olacaq:
Görmə qabiliyyətinizi itirə bilərsiniz
TƏCİLİ:
İran Hörmüzü BAĞLADI - ABŞ-dən cavab gecikmədi
Çimərliyə getmək istəyənlərin
NƏZƏRİNƏ!
Ceyhun Bayramov özbək həmkarı ilə bunları danışdı
“İnanmazdım ki, bu qədər arıqlayacağam” -
FOTOLAR
Vasif Haqverdiyev həbs olundu
Bu ərazilərdə güclü yağış yağacaq -
SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Polis əməliyyat keçirdi:
148 nəfər SAXLANILDI
5 ay ərzində 3 dəfə ərə getdi -Polis araşdırır
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
Baş nazir prezidentin qərarını tənqid etdi
Göygöldə mikroavtobus aşdı, yaralılar var
PRİZMA
“Azərbaycanın dayanaqlı inkişaf modeli beynəlxalq etimadın və sosial rifahın əsas dayağı kimi özünü təsdiq edib”
-Azər Məmmədov
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
1200 abonentin qazı kəsiləcək
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Bu qaydanı pozanlar cərimələnəcək -
2 min manatadək
Bakıda 6 istiqamətdə tıxac var -
SİYAHI
İyulun 1-dən qadınları gözləyən DƏYİŞİKLİK:
Pensiya yaşı rəsmən 65-ə çatır
Bu həftə 4 gün işləyəcəyik