"Rusiya Avropanın təhlükəsizliyinə təhdid yaradır" - Britaniya XİN başçısı

“Rusiyanın Ukraynaya qarşı fəaliyyəti Avropadakı təhlükəsizlik üçün həqiqətən təhdid yaradır”.
Sozcu.info “Yenişafak.com”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Tras “Teleqraf” qəzetindəki köşə yazısında yazıb.

“Baş nazirimiz qarşıdakı günlərdə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. O, regiona səyahət edərək diplomatik töhfələrini verməyə çalışacaq. Mən də qarşıdakı iki həftə ərzində Moskvaya gedəcəyəm. İndi Ukrayna sərhədində 100 mindən çox əsgər var. Rusiya bundan əvvəl Ukraynaya hücum çəkərək 2014-cü ildə Krımı ilhaq edib və Donbasa müharibə gətirib. Yəni indi də həqiqi təhlükə var”, - o bildirib.
L.Trass Ukraynaya əllərindən gələn hər cür dəstəyi verdiklərini vurğulayıb: “Ukraynalı əsgərlərin hazırlıq səviyyəsinin artırılmasına çalışırıq. Beləliklə, Ukraynada 20 mindən çox əsgər hazırlamışıq. Həmçinin Ukrayna donanmasına dəstək verməkdəyik”.


Oxşar Xəbərlər

Xəbər lenti