İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sozcu.info fərmanın mətnini təqdim edir:
"Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839; 2017, № 9, maddə 1651; 2018, № 1, maddə 42, № 4, maddə 656, № 12 (I kitab), maddə 2569; 2019, № 5, maddə 854; 2020, № 4, maddə 401, № 5, maddə 534) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndində “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “digər işçilərini” sözlərindən sonra “Nazirliklə razılaşdırmaqla” sözləri əlavə edilsin".


Oxşar Xəbərlər

Xəbər lenti