Bayden-Ərdoğan görüşü: “S-400“lərin Ukraynaya təhvil verilməsindən söz açılacaqmı?

Bu gün NATO-nun fövqəladə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq.

Sozcu.info xəbər verir ki, liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər.
Bu görüşdə müzakirə oluna biləcək məsələlərdən biri Türkiyədə olan "S-400" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsidir.
Xatırladaq ki, bu təklif ABŞ rəsmilərindən gəlib. Rəsmi Ankara "yox" cavabı versə də, Ağ Ev təhvilin qarşılığında Türkiyəyə "F-16" təyyarələri və "Patriot" raketləri təklif edir.
Türkiyə prezidentinin rabitə üzrə direktoru Fahrettin Altun "S-400"lə bağlı təklifin yalnız ölkəsinin "F-35" proqramına qaytarılması və digər şərtlərin yerinə yetirildiyi halda müzakirə edilə biləcəyini bildirib.
Ankara özündən əvvəl "S-300"lərə sahib Yunanıstan və Yunan-Kiprinin raketləri niyə Ukraynaya vermədiyini də Vaşinqtonun nəzərinə çatdırır.


Oxşar Xəbərlər

Xəbər lenti