20 ildən çox vəzifədə olan məmurlar seçkilərdən sonra gedəcək?

 


 

Baş nazir Artur Rasizadə başda olmaqla Nazirlər Kabinetinin əksərüzvüləri 20 ildən çoxdur ki hökumət üzvü statusunu daşıyırlar.

Milli Məclisin deputatı Rasim Musabəyov prezident seçkilərinin vaxtının dəyişdirilməsində daxili siyasət aspektinin olduğunu qeyd edib. İnformasiyalı deputatlardan biri olan Rasim Musabəyov bildirib ki, Konstitusiyaya görə seçkilərdən sonra Nazirlər Kabineti tam tərkibdə istefaya getməlidir. 

Hökumətin tərkibində həm struktur, həm kadr dəyişiklikləri gözlənildiyini vurğulayan Rasim Musabəyob bildirib ki, NK-da öz postlarını 20 ildən çoxdur tutan xeyli yaşlı məmurlar var və onlar seçkidən sonra getməlidir.

Nazirlər Kabinetinin tərkibində Rasim Musabəyovun vuruladığı kriteriyaya aid xeyli məmur var. Baş nazir Artur Rasizadə başda olmaqla Nazirlər Kabinetinin əksər üzvüləri 20 ildən çoxdur ki hökumət üzvü statusunu daşıyırlar.

Artur Rasizadə 1996-cı ildən hökumətdə təmsil olunur və artıq 2003-cü ildəki qısa müddətə baş nazir kürsüsünün hökumət başçısının birinci müavini postuna dəyişdiyi zaman kəsiyi nəzərə alınmasa, 22 ildir ki, Nazirlər Kabinetinə rəhbərlik edir. Onun birinci müavini Yaqub Eyyubov 1999-cu ildən hökumətdə təmsil olunur. 83 yaşlı Baş nazirin 79 yaşlı müavini Abid Şərifovun adı 1995-ci ildən hökumət üzvülərinin siyahısındadır və 23 ildir ki, baş nazirin müavini vəzifəsini daşıyır. Baş nazirin digər müavini Əli Həsənov 1998-ci ildən hökumətdə təmsil olunur və artıq onun da adı 20 il vəzifə başında olan məmurların siyahısına daxildir. Baş nazirin 75 yaşlı müavini Elçin Əfəndiyev 23 ildir ki, hökumətdə təmsil olunur. 1997-2004-cü illər Kənd Təsərrüfatı nazirinin 1-ci müavini, 2004-cü ildən 2013-cü ilə kimi isə Kənd təsərrüfatı naziri, 2013-cü ildən baş nazirin müavini olan İsmət Abbasov da 20 ildən çoxdur ki, vəzifə başındadır. Rasim Musabəyovun 20 ildən çox vəzifə başında olanlar istefaya göndəriləcək tezisi doğru olarsa, Nazirlər Kabinetinin rəhbər şəxslərindən yalnız baş nazirin müavini Əli Əhmədov postunda qalacaq. Yeri gəlmişkən, əgər Yaqub Eyyubov istefaya göndərilsə, onun vəzifəsi Əli Əhmədova həvalə olunacaq. Yəni, Nazirlər Kabinetinin tərkibində gözlənilən dəyişiklik yalnız Əli Əhmədovun maraqlarına uyğun ola bilər.

Nazir və komitə sədrlərinin də əksəriyyəti vəzifəsini itirə bilər. Əgər, Rasim Musabəyovun NK-da öz postlarını 20 ildən çox tutan xeyli yaşlı məmurlar var və onların seçkidən sonra gedəcəyi gözlənilir. 57 yaşlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazir postuna təyin olunmasındam 12 il keçsə də, əslində bu şəxs 23 ildir ki, Nazirlər Kabinetinin üzvülərindəndir. Qeyd edək ki, Kəmaləddin Heydərov 23 il əvvəl, 1995-ci ilin yanvarında Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. Ədliyyə naziri Fikrət Məmmədov bu vəzifəni 2000-ci ildən daşısa da, 1994-2000-ci illərdə Baş prokurorun müavini olması nəzərə alınsa onun da yüksək dövlət vəzifəsində olmasının tarixi 20 ildən artıqdır. Ancaq güman edirik ki, Rasim Musabəyovun NK-da öz postlarını 20 ildən çoxdur tutan xeyli yaşlı məmurlar var kriteriyası Fikrət Məmmədova aid deyil. Bu həm onun NK-nin üzvü kimi cəmi 18 illik stajının olması, həm də yaşının təqaüd yaşına çatmaması ilə bağlıdır. Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev 24 ildir ki, Nazirlər Kabinetinin üzvüdür. Əbülfəs Qarayev 1994-2001-ci illərdə Gənclər və İdman Naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm naziri olub. 2006-cı ildən Mədəniyyət və turizm naziridir.

Çox güman ki, növbədənkənar prezident seçkisindən sonra Nazirlər Kabineti ilə bağlı qərar yalnız kimin vəzifə başında 20 il olub-olmaması ilə deyil, ümumiyyətlə vəzifədə uzun müddət olması, bu müddətdə fəaliyyəti ilə bağlı cəmiyyətdə yaranmış ictimai rəy, peşəkarlıq, təşkilatçılıq qabiliyyəti kimi göstəricilər əsas götürüləcək. Ancaq bu məsələ də inkar edilməzdir ki, Azərbaycan hakimiyyət orqanlarının rəhbərliyinə daha cavan kadrlar gətirilməlidir. Çünki, dünyada gedən proseslər, elmi-texniki yeniliklər bunu tələb edir.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti