25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Ali baş Komandan İlham Əliyevin düzgün siyasəti və Müzəffər Ordumuzun əzmkarlığı nəticəsində Ermənistan işğalında olan torpaqlarmız geri alındı. Bu tarixi zəfər təkcə Azərbaycan xalqının otuz illik işğal altında qalan əzəli torpaqlarının azadlığa qovuşması tarixi deyil. Bu tarixi zəfər həm də qüdrətli Azərbaycan ordusunun dünya hərb tarixinə qızıl hərflərlə həkk edilən döyüş dastanıdır.Vətən müharibəsinin ən kritik mərhələsi Şuşa şəhərinin azad olunması idi. Çox çətin coğrafi mövqedə yerləşən, alınmaz qala sayılan Şuşa yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlərlə, həmçinin böyük güc, peşəkarlıq və fədakarlıq nəticəsində işğaldan azad olunub. Azərbaycan əsgəri artilleriyasız düşmənin 30 illik möhkəmlənmiş səngərlərini yerlə yeksan etdi. Bu döyüş Qarabağın tacı olan Şuşanın azadlığı üçün aparılan tarixi döyüş idi.Azad olunduqdan sonra bərpa və yenidənqurma işləri aparıldı. Nəhayət, otuz iki ildən sonra şuşalılar doğma torpaqlarına geri qayıtdılar.10 may tarixində Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Qarabağın incisi Şuşaya səfər etdi. Məhz səfər və ziyarət üçün 10 may tarixinin seçilməsi də xüsusilə əlamətdardır. Hər birimiz yaxşı xatırlayırıq ki, 8 Noyabr – Şuşa şəhərinin işğaldan azad olunduğu gün Prezidentimiz Ulu Öndərin məzarını ziyarət edərək, xalqa qələbə müjdəsi verərkən ata vəsiyyətini yerinə yetirdiyini qeyd etdi. Öndərin bir gün bu şəhərin azad olunacağı ümidini özü qədər inandığı Müzəffər Ali Baş Komandan reallaşdırdı.Dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış oldular.Şuşaya ilk köç edən ailələrlə görüşdülər.Prezidentimiz görüşdə çıxış etdi.
Dövlət başçısı bu səfərində hər zaman olduğu kimi qəhrəman Vətən övladlarının əziz xatirəsini hörmət və ehtiramla yad edərək bir daha igidlərimizin göstərdiyi şücaətdən, keçdikləri döyüş yolundan bəhs etdi. Hərbçilərimizin istər İkinci Qarabağ müharibəsində, istərsə də keçən ilin 19 sentyabr tarixində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində göstərdikləri yüksək qəhrəmanlığı xatırlatdı.İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Şuşa şəhərində də geniş miqyaslı abadlıq quruculuq işləri davam edir. Şəhərdə aparılan abadlıq işləri zamanı ən vacib məsələ şəhərin tarixinin qorunmasıdır ki, erməni işğalında qaldığı otuz il ərzində vandallar bütün tarixi məhv etmiş, dağıtmış, hətta görkəmli mədəniyyət nümayəndələrimizin abidələri belə mənəvi terrora məruz qalmışdır. Bu gün dövlət başçısının müvafiq tapşırıqlarına əsasən işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Şuşa şəhərində də genişmiqyaslı qurculuq işləri aparılır. Tarixi abidələrin bərpasında və qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir. Fond tərəfindən icra olunan və tarixi abidələrin bərpa olunması istiqamətində həyata keçirilən layihələr şəhərin tarixiliyinə xüsusi töhfə verir. Tarixiliyin bərpası istiqamətində aparılan işlər çərcivəsində Azərbaycanın mədəniyyət paytaxtında qısa müddətdə görkəmli Azərbaycan şairi Vaqifin məqbərəsi yenidən qurulmuş, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olunmuşdur. Mehmandarov məscidi və Mehmandarovun evinin bərpa olunması, habelə hazırda tikintisi davam edən layihələrin icra olunması xüsusi əhəmiyyət kəsb edir.
Rəfiqə Əzimova
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
Sozcu.info