Gürcüstan LGTB təbliğatını qadağan etməyə hazırlaşır

Sozcu.info TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstan parlamenti LGTB təbliğatını və cins dəyişikliyini qadağan edən qanun layihələri paketini qeydiyyatdan keçirib. Paket əsas qanun layihəsindən və müxtəlif qanunlara 18 ədəd düzəlişdən ibarətdir. Kişi ilə qadının ittifaqından başqa, hər hansı bir nikah növünün qeydiyyatdan keçirilməsinin, qeyri-ənənəvi ikiliklərə övladlıq verilməsinin, cinsi dəyişmək üçün cərrahi müdaxilələrin edilməsinin yasaqlanması nəzərdə tutulur.
Qanun layihəsinin ilk oxunuşunun iyun ayında, ikinci və üçüncü oxunuşlarının isə payız sessiyası zamanı keçirilməsi planlaşdırılır. 



Oxşar Xəbərlər

Xəbər lenti