8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri iyunun 8-də başa çatıb. Görüşdə Azərbaycan ilə Misir arasında siyasi əlaqələrin verdiyi məmnunluq ifadə olundu. İki ölkə arasında əməkdaşlıq yüksək qiymətləndirildi. Xüsusilə, Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında aparılan işbirliyindən söz açıldı. Ölkəmizin başçısı bəyanatında qeyd edib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə olacaq.Azərbaycan və Misir arasında bir sıra sahələrdə, o cümlədən, elektrik və bərpaolunan enerji, iqtisadiyyat, sərmayə və azad zonalar, informasiya və kommunikasiya texnologiyaları, gənclər və idman və digər bir sıra sahələrdə əməkdaşlıq sənədləri imzalanıb. Keçirilən mətbuat konfransında hər iki prezident əməkdaşlığın dərinləşməsi, iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqda bəyanatlar veriblər. Məlumdur ki, Azərbaycan-Misir əlaqələri hər zaman yaxşı olub və iki ölkə arasında önəmli problem mövcud olmayıb. Ona görə də 8 iyun səfərini əməkdaşlığın daha da yaxşılaşdırılması kimi qiymətləndirmək olar.Azərbaycan COP-29 çərçivəsində dini liderlərin növbəti görüşünü təşkil etməyə hazırlaşır. Və bu cür qlobal səviyyəli toplantıda əl-Əzhər Şeyxinin iştirakı ölkəmiz üçün xüsusi önəm kəsb edir. Görüşdə Şeyxin ət-Tayyib bu ilin noyabrında Bakıya gələcəyi və COP29 çərçivəsində dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparılacağı bildirilib.
Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası ilə Azərbaycanın əməkdaşlığı qədim tarixi köklərə malikdir. Hələ SSRİ dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Misir 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb, 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokol imzalanıb. 1994-cü ilin yanvarında Azərbaycanın Qahirədə səfirliyi açılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaradıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə ediblər.Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilməyə davam edir.
Gülnar Həsənov
Suraxanı rayonu, Xarici dillər təmayüllü gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info