23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Hakan Fidan Yaxın Şərq və Zaqafqaziya, eləcə də Ukrayna münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər.Sozcu.info TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya və Türkiyə XİN rəhbərlərinin BRİKS xarici işlər nazirlərinin iclası çərçivəsində keçirilən görüşünün yekunları üzrə Rusiya diplomatik departamentinin məlumatında bildirilib.“Beynəlxalq gündəliyin əsas aspektlərinə, o cümlədən Yaxın Şərq və Zaqafqaziyadakı vəziyyətə toxunulub, həmçinin bəzi beynəlxalq platformalarda vəziyyətlə bağlı fundamental qiymətləndirmələr aparılıb”, - nazirlik qeyd edib.Məlumatda qeyd olunub ki, tərəflər həmçinin ikitərəfli siyasi dialoqun və iqtisadi-ticari əməkdaşlığın actual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.