Prezident Səbuhi Mehdizadəyə vəzifə verdi


Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sozcu.info xəbər verir ki, bu vəzifə indiyə qədər xüsusi nümayəndəlikdə baş məsləhətçi vəzifəsində çalışan Səbuhi Mehdizadəyə həvalə olunub.

O, bu qurumdan əvvəl kənd təsərrüfatı nazirinin müşaviri, Təmiz şəhər ASC-nin İdarə Heyəti (İH) sədrinin müavini, İqtisadiyyat Nazirliyinə məxsus İstehlak Mallarının Ekspertizası Mərkəzi MMC-nin direktoru, “Azərbaycan Stolüstü Tennis Federasiyası” İctimai Birliyinin (İB) Baş katibi, Azərbaycan Ağır Atletika Federasiyası İB-nin İH sədrinin müavini işləyib, hazırda Azərbaycan Stolüstü Tennis Federasiyası İB-nin vitse-prezidentidir. (report)



Oxşar Xəbərlər

Xəbər lenti