Şuşa ilə bağlı bu qayda dəyişir - Bundan sonra belə olacaq


Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti yeni qaydalarla tənzimlənəcək.

Hurriyyet.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq. Bu zaman həmin ərazi əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzərdən keçiriləcək və abidələrin ilkin tədqiqi təmin ediləcək.

Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.



Oxşar Xəbərlər

Xəbər lenti