18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
31-10-2025, 14:12
“Hörmətli İqtisadiyyat Nazirliyi, dəyərli Nazirlər Kabineti, lütfən ictimaiyyətlə işləməyi öyrənin, vaxtında rəsmi açıqlamalar verin, zatən biznes qan ağlayır, yazığınız gəlsin, axı qızıl yumurtalayan toyuğu, süd verən inəyi kəsməzlər, elə deyil?”
Sozcu.info xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, növbəti ildən avtosalonlar və ölkədə nəqliyyat vasitələrinin gətirilməsi ilə məşğul olan fiziki şəxslər çətin vəziyyətlə üz-üzə qalacaqlar:
“Konkret bir məsələ var - 2026-cı ilin əvvəlindən hibrid və elektrik avtomobillərə ƏDV güzəşti ləğv edilir. Rəsmi avtosalonlar, fiziki şəxslər noyabr-dekabr aylarında daha çox avtomobil gətirdilər ki, güzəşt dövründən sonacan istifadə etsinlər.
Bir neçə gündür ki, rəsmi qurumlardan avtosalonlara, maşın satanlara xəbər göndərirlər ki, indi gətirdiyinizi 2025-də satmalısınız, gələn ilə qalsa, satanda ƏDV ödəməli olacaqsız”.
Ekspert qeyd edib ki, sözügedən sahədə çalışan şəxslərə xeyli problemlər yaradılır:
“Son günlər bir neçə iş adamından müraciət almışam, az qala yalvarırlar ki, batırıq, bir rəsmi şəxs çıxıb izah etsin ki, biz indi nə etməliyik?! Bəziləri gətirdiyi maşınları qohum-dost adına rəsmiləşdirirlər ki, 2026-cı ilə qalmasın - bu isə əlavə xərc deməkdir.
Bundan başqa şikayət edirlər ki, öz şəxsi hesablarından ayda 30 min manatdan çox pul çıxarda bilmirlər, bu isə işlərinə böyük əngəl yaradır. İnsanların öz puluna çıxmağa qadağa qoymaq olmaz, hə, deyəcəklər nəqd vəsaitə məhdudiyyət var - yenə də olmaz! Bu absurddur”.