Sülhlə bağlı suala Əliyev bu işarə ilə cavab verdi - FOTO


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin IV Sammitində iştirak etmək üçün Oksfordşirdə yerləşən Blenheym Sarayına gəliblər.

Sozcu.info xəbər verir ki, saraya daxil olan zaman jurnalistlər hər iki liderə sülh prosesinin necə irəlilədiyi ilə bağlı sual ünvanlayıblar.

Azərbaycan Prezidenti jurnalistlərin sualına cavab olaraq gülümsəyərək əli ilə “əla” işarəsi göstərib.

Ermənistanın baş naziri isə sualı cavabsız qoyub. Onun bu hərəkəti Ermənistan KİV-də birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bundan bir qədər sonra rəsmi Bakı Ermənistan baş nazirinin Azərbaycan Prezidenti ilə görüşdən imtina etdiyini, bu addımın sülh danışıqlarından geri çəkilmək kimi qəbul edildiyini açıqlayıb.

Globalinfo.az



Oxşar Xəbərlər

Xəbər lenti