"Bayden daha dövləti idarə edə bilməz"

Sozcu.info xəbər verir ki, ABŞ-ın eks-prezidenti Donal Tramp Cozef Baydenin daha vəzifəsini yerinə yetirmək iqtidarında olmadığını bildirib.
Bəlli olduğu kimi, Cozef Bayden 21 iyul tarixli açıqlamasında növbəti prezident seçkilərində namizədliyini geri götürdüyünü, bunula yanaşı, səlahiyət müddəti bitənə qədər prezident vəzifəsində qalacağını bəyan edib. 
Tramp bununla əlaqədar "Truth Social" səhifəsində yazıb: "Bəs indi bizim ölkəmizi kim idarə edir? Bu, dələduz Co deyil - onun özünün harada olduğundan xəbəri də yoxdur. Əgər o, namizəd ola bilmirsə, deməli ölkəni də idarə edə bilməz".



Oxşar Xəbərlər

Xəbər lenti