Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Əvvəlki
Sonrakı
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“BAYDEN RUSİYANIN DOSTU DEYİL, AMMA...”
- “Moskvada onu hələ Brejnevin dövründən tanıyırlar”
“Rusiyaya qarşı sanksiyalar daha düşünülmüş və ölçülüb-biçilmiş olacaq”
İkinci Dünya Müharibəsindən sonra ABŞ-da hakimiyyətə gələn hər yeni administrasiya bu ölkənin xarici siyasətində müəyyən dəyişikliklər aparsa da, dönüş yaradacaq radikal addımlara rast gəlinmirdi. Amma Donlad Tramp ənənəvi standartlardan kənara çıxaraq, öz sələflərindən tamamilə fərqli siyasət yürüdürdü.
Tramp özünün “İlk öncə Amerika” şüarına uyğun olaraq, əsas diqqətini ABŞ-ın xarici ticarətindəkı balans pozuntusunu aradan qaldırmağa yönəltmişdi. Ona görə də Amerikanın xarici siyasəti əsas etibarıyla buna köklənmişdi.
Beynəlxalq ekspertlərin fikrinə görə, yeni prezident Co Bayden xarici siyasətdə bir sıra çətinliklərlə qarşılaşacaq və onların öhdəsindən gəlmək asan olmayacaq. Baydenin rəhbərlik etdiyi administrasiyanın necə fəaliyyət göstərəcəyi maraqla izlənilir. Belə hesab edilir ki, ABŞ Rusiyaya qarşı sərt tədbirlər planı həyata keçirəcək.
Sözügedən mövzu ilə əlaqədar “Carnegie Moscow Center” analitik mərkəzi “Baydenin xarici siyasət proqramı Rusiyaya nələr gətirəcək” başlıqlı məqalə dərc edib.
“AzPolitika.info” həmin məqaləni təqdim edir:
”ABŞ Prezidenti Co Baydenin xarici məsələlərlə əlaqədar ilk geniş həcmli çıxışında hər hansı sürpriz yer almadı. Hələ ki, öz çıxışlarında ardıcıllıq nümayiş etdirən ABŞ Prezidentinin xarici siyasətlə bağlı nitqindəki əsas bəndlər onun seçkiqabağı kampaniyasındakı vədlərinə uyğun gəlir.
Vaşinqtondakı yeni administrasiya Qərb ölkələrini öz ətrafında birləşdirməyə başlayıb. Hazırda ABŞ və onun müttəfiqlərinin başlıca məqsədləri Çinin ambisiyalı avtoritarizminə və Rusiyanın dağıdıcı fəaliyyətlərinə qarşı çıxmaqdır.
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, əgər Amerikanın həyati vacib maraqları və milli təhlükəsizliyi tələb edərsə, Vaşinqton öz rəqibləri Pekin və Moskvayla müəyyən əməkdaşlıqlardan imtina etməyəcək. Bundan başqa, ABŞ iqlim dəyişikliyi, koronavirus pandemiyası, kütləvi qırğın silahlarının yayılmaması və kibertəhlükəsizlik kimi problemlərdə lider rolunu öz üzərinə götürmək niyyətindədir.
Bayden aydın şəkildə bildirib ki, Vaşinqton qlobal liderliyi Pekinə güzəştə getmək fikrində deyil. Başqa sözlə, ABŞ genişmiqayslı əks-hücuma keçib. Bəs bu, Rusiya üçün hansı anlama gəlir?
Vaşinqtonun diplomatiyanı xarici siyasətin baş roluna gətirmək niyyəti bir qdər qəribə səslənir və belə çıxır ki, hərbi güc öz yerini diplomatiyaya və digər qeyri-zorakı metodlara verməlidir.
Əslində, Trampın dörd illik prezidentliyi çox nadir dövrlərdən birinə təsadüf etdi. Çünki, həmin dövrdə ABŞ heç bir müharibə aparmadı. Ona görə də Baydenin çıxışını belə şərh etmək olar: ABŞ Rusiya daxil olmaqla, öz rəqiblərinə qarşı qeyri-hərbi kampaniya aparmaq üsuluna üstünlük verəcək.
Diqqətlə izləsək, görərik ki, Amerika siyasətinin başlıca xətti heç də böyük dəyişikliyə uğramayıb. Əgər Tramp administrasiyası Çini və Rusiyanı ABŞ-ın dünyadakı təsirinə, nüfuzuna qarşı əsas rəqib sayırdısa, Bayden də onları ABŞ-ın rəhbərlik etdiyi liberal-demokratik qaydalara qarşı çıxan başlıca qüvvələr hesab edir. Deməli, indiki administrasiyanın Tramp dönəmindən fərqlənən tərəfi, özünü yalnız üslubda büruzə verəcək.
Böyük ehtimalla ABŞ Pekinlə münasibətlərində konkretlilik nümayiş etdirəcək və iki ölkə arasındakı prinsipial qarşıdurma əvvəlkitək öz yerində qalacaq. Vaşinqton həmçinin, Rusiyaya qarşı sanksiyaların tətbiqini davam etdirəcək. Amma Bayden hakimiyyəti dövründəki bu sanksiyalar daha düşünülmüş və ölçülüb-biçilmiş olacaq.
Amma öncəki respublikaçı administrasiyasından fərqli olaraq, indiki demokratlar hakimiyyəti strateji sabitlik məsələlərilə əlaqədar Moskvayla qarşılıqlı fəaliyyət göstərmək niyyətindədir. Maraqlıdır ki, onlar bununla paralel olaraq, Rusiyanı ABŞ demokratiyasını məqsədyönlü şəkildə dağıtmaqda ittiham edirlər. Ümid edək ki, bu iki istiqamət heç zaman kəsişməyəcək, əks təqdirdə vəziyyət fəlakətə dönüşə bilər.
Beləliklə, Çinlə Rusiya Amerika və onun müttəfiqlərinin daha mütəşəkkil cəbhəsi ilə qarşılaşacaq. Artıq Aleksey Navalnının dərhal azad olunması tələbi ilə çıxış edən Baydenin ardınca Anqela Merkel, Emmanuel Makron, Boris Conson və digər Qərb liderləri də eyni tələbi irəli sürüblər.
Navalnının məhkəməsində onlarla ölkənin diplomatları iştirak edirdi. Rusiya onların bu davranışlarını ölkənin daxili işinə müdaxilə kimi qəbul edərək, ünvanına söylənilən istənilən ittihamı rədd edir. Buna baxmayaraq, ABŞ-ın başçılıq etdiyi Qərb cəbhəsi çox böyük ehtimalla praqmatik yox, ideoloji məsələlər ətrafında birləşəcək. Moskvanın Qərb müttəfiqləri arasındakı ziddiyyətlər üzrəində oynaması isə müşkül iş olacaq. Artıq Rusiya-Amerika qarşıdurması və Rusiya-Avropa qarşıdurması arasındakı fərq tədricən “yuyulmağa” başlayır.
Qeyd edək ki, Rusiya və ABŞ arasındakı əməkdaşlıq edilə biləcək sahələr təkcə strateji sabitlik və silahlar üzərində nəzarətlə məhdudlaşmır. İqlim dəyişikliyi, pandemiya və nüvə silahının yayılmaması kimi digər mühüm qlobal problemlər də var. Bu sahələr üzrə əməkdaşlığa xeyli əsaslar var. Qlobal istiləşmə digər ölkələrə nisbətən Rusiyaya daha çox təsir göstərir.
Bunun Arktikaya asan çıxış əldə edilməsi kimi bəzi təzahürlərini Rusiya üçün faydalı saymaq olar, lakin neqativ nəticələr də az deyil. Çünki daimi buzlaq zonaların ərimə riski getdikcə artır. Bunlarla yanaşı, koronavirusla mübarizədə Rusiya “Sputnik V” peyvəndi hazırlamaqla yaxşı potensialının olduğunu nümayiş etdirib. Hər necə olsa, iqlim və səhiyyə məsələləri çətin ki, böyük dövlətlər arasında sıx əməkdaşlığa aparsın. Nüvə silahının yayılmaması mövzusu isə tamamilə başqa məsələdir. Burada heç də hər şey aydın deyil. Əgər Rusiya Bayden administrasiyasının İranın nüvə sövdələşməsilə bağlı konkret nə etmək istədiyini bilsəydi, buna çox şad olardı.
Baydenin bəyanatındakı bir məqama da xüsusi diqqət etmək gərəkdir. ABŞ Prezidenti deyir ki, Yəmən husiləri ilə müharibədə Səudiyyə Ərəbistanını dəstəkləməyəcək. Məlum olduğu kimi, husilərin arxasında Tehran durur. Ancaq Bayden onu da deyib ki, Vaşinqton ümumilikdə İranla qarşıdurmada Səudiyyə Ərəbistanına yardım göstərməyi davam etdirəcək.
Məlum olduğu kimi, Moskva ilə Tehran arasında sıx əməkdaşlıq mövcuddur və Rusiya İranın nüvə proqramı məsələsində mühüm oyunçudur. Əgər Vaşinqton İranla nüvə müqaviləsinə qayıtmaq istəyirsə, o zaman Rusiyadan yan keçə bilməyəcək. O ki qaldı Şimalı Koreyanın nüvə probleminə, burada Rusiyanın təsir imkanları Çinlə müqayisədə daha azdır. Amma Bayden administrasiyası Şimalı Koreya məsələsilə bağlı öz strategiyasını hələ hazırlamalıdır.
Ümumiyyətlə, Moskva hesab edir ki, xarici siyasət və təhlükəsizlik məsələlərində Bayden administrasiyası Tramp komandasından fərqli olaraq, daha peşəkar fəaliyyət göstərəcək. Rusiyada Baydenin özünü hələ Brejnev dövründən tanıyırlar.
Əlbəttə, o, Rusiyanın dostu deyil, amma “soyuq müharibənin adamı” kimi nə edəcəyi öncədən bəlli olan siyasətçidir.
Tramp dönəmində Amerika rəhbərliyində parçalanma olduğu halda, indi “Ağ Ev”də mütəşəkkillik görünür. Göründüyü kimi, xarici siyasətdəki əsas postları Baydenin köhnə tərəfdaşları tutublar. Onların sırasında dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sullivan var. Hazırda Demokratlar partiyası Konqresin hər iki palatasına nəzarət edir. Bununla yanaşı, ənənəvi KİV-lərin əksəriyyətinin və sosial şəbəkələrin demokratları dəstəkləməsi onların mövqeyini xeyli dərəcədə gücləndirir.
Aydındır ki, Rusiyayla münasibətdə Vaşinqton qarşıdurma siyasətinə üstünlük verəcək və Kremlin opponentlərini açıq şəkildə dəstəkləyəcək. Ancaq bütün bunlara baxmayaraq, Bayden təhlükəsizliklə bağlı məsələlərdə ehtiyatlı davranacaq və hətta Amerikanın maraqları naminə praqmatik addımlar atacaq. Moskvada bu cür yanaşmaya ehtiyatla baxırlar, lakin o da məlumdur ki, Rusiya ABŞ-ın təzyiqlərinə tab gətirmək və öz təhlükəsizliyini təmin etmək iqtidarındadır”
Oxşar Xəbərlər
Co Baydenin siyasəti Trampın siyasətindən nə qədər fərqlənəcək?
Co Baydenin siyasəti Trampın siyasətindən nə qədər fərqlənəcək?
Bayden Trampı yalan danışmaqda günahlandırdı
Ankaranın Bayden narahatlığı
Xəbər lenti
Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama -
Özəl
Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata gəlinini öldürdü
TƏCİLİ!
Milli Məclisin növbədənkənar iclası çağırıldı
SON DƏQİQƏ: İran ABŞ ilə danışıqları dayandırdı
Xına mərasimində DƏHŞƏT -
yaralılar var
Medvedevdən Paşinyana şok hədə: "Sonu faciəvi olacaq"
Sabah BTQ-nin açılışı olacaq
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Argentina yığmasında Messi ilə bağlı ŞOK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu 7 ölkə Türkiyənin üzünə QAPILARI BAĞLADI
Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
İlham Əliyev onlara müraciət ünvanladı
Bazarda alça və gilas görün neçəyə satılır -
Qiymətlər...
BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
Bu bürclər bir-biri ilə evlənməməlidir
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
DİM məlumat yaydı
Oman Hörmüzlə bağlı təcili xəbərdarlıq yaydı
İranla sərhəddə əməliyyat -
DSX MƏLUMAT YAYDI
Manatla bağlı
MÜHÜM XƏBƏR
Müəllimlərlə bağlı şok qərar VERİLDİ
Neft bazarında kəskin eniş:
Bakı neftinin qiyməti belə dəyişdi
Rusiya Ermənistandan tərəvəz, pomidor idxalını da dayandırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
SON DƏQİQƏ: Prezidentdən Asəf Hacıyevlə bağlı
SƏRƏNCAM
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Qarabağın işğalına görə ev hədiyyə olunan erməni zabitləri ŞOKA SALAN QƏRAR
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir
İranda yeniyetmə bütün ailəsini qətlə yetirdi -
DƏHŞƏT
Kərə yağı ilə bağlı qərar verildi
İyun ayının ən uğurlu günləri açıqlandı —
Bu tarixlərə diqqət!
Neft bazarında kəskin dönüş:
Qiymətlər bir anda DƏYİŞDİ
Evdəki bu bitkilər baş ağrısına SƏBƏB OLURMUŞ...
İranlılar vicdanla danışıq aparırlar -
Vens
Hava kəskin dəyişir -
XƏBƏRDARLIQ
Azərbaycanlıların sevimli göyərtisinin xərçəngdən qoruduğu üzə çıxdı
Yumurtanı saniyədə qabığını soymağın ən asan yolu:
Qaynar suya yarım çay qaşığı...
Temuya ağır zərbə – təhlükəli maddələr satırmış
Qarşıdakı 5 illə bağlı alimlərdən
XƏBƏRDARLIQ
Azərbaycanda məktəblər gözləniləndən tez bağlanacaq –
Tarix açıqlandı
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə GÖRÜŞDÜ - FOTO
Rəvan Qarayev 3-cü dəfə evləndi
Anasını və qardaşını öldürüb qohumlarından pul yığdı
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
XƏBƏRDARLIQ
Bu bürclər bir-biri ilə evlənməməlidir
SON DƏQİQƏ!
Sabahla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Mayın 30-u ilə bağlı XƏBƏRDARLIQ
Bakıya və Abşeron yarımadasına dolu yağacaq
Milli yaddaşın "Ağbaba" zirvəsi: Şəmsi Qocanın yeni əsəri Qayıdış ideyasının bədii salnaməsidir