Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir

Bildiyiniz kimi, Prezident İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edərək, Dövlət başçısı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırmışdır.
Qafqazda yeni era, sülh və əməkdaşlıq erası fəal şəkildə təşviq olunmaqla, bu yaxınlarda Ermənistandan müsbət cavab alınmış, onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipini qəbul etmişdir. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməli, həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq vermişdirBütün bunlar son hadisələrin mühüm təzahürüdür və onlar həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan rəhbərliyi və onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsipləri həyata keçirərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Bu gün, əlbəttə ki, informasiyanın inkişafı bizim sahə üçün çox əhəmiyyətlidir. Amma burada, əlbəttə ki, mənfi hallar da var. Media sektorunu təmsil edən nümayəndələrimiz öz əllərindən gələni etməlidirlər ki, cəmiyyəti məlumatlandırsınlar. Əlbəttə ki, bu baxımdan bu gün hər bir şəxs öz peşəsinə böyük sədaqətlə yanaşmalıdır.
Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləmiş və yeni əməkdaşlıq formatları meydana gəlmişdir. Əlbəttə ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası baş verən ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırıla bilən edəcəkdir. Yəni, bu regionun xalqları özlərini təhlükəsiz hiss edəcəkdir. Buna əminəm, münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı biz çox nikbinik və Azərbaycan cəmiyyəti də olduqca nikbindir və bu işlərə çox həvəslə yanaşır. Bu, hər bir ölkənin müvəffəqiyyətə nail olması üçün əsas amildir. Burada rahatlıq və təhlükəsizlik vacib amildir. Eyni zamanda, gözləntilər vacibdir. Cəmiyyət görür ki, uzun illər can atdığı məqsədlər artıq reallığa çevrilibdir. Azərbaycan Prezdenti İlham Əliyev il ərzində müxtəlif ölkələrə səfərlər etdi. Səfər olunan ölkələr Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığa maraqlıdırlar. Bu səfərlər çərçivəsində həm iki tərəfli əlaqələri yüksəldən sənədlər imzalandı, həm də beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Məsələn, prezidentin son səfəri Ruminyaya oldu. Səfərdə olarkən həm qaz məsələsi, həm də Ruminyada başqa dövlətlərin liderləri də toplandı və Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin Gürcüstan üzərindən Qara dəniz ölkələrinə çatdırılması məsələsi öz həllini tapdı. Ümumilikdə isə demək olar ki, Azərbaycan prezdentinin səfərləri ölkəmizə həm siyasi, həm də iqtisadi mənfəət verəcək. Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, Prezident İlham Əliyevin adının Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi vurğulanması qürurvericidir. Həmçinin dövlətimizin başçısının ölkəmizə və Cənubi Qafqaz regionuna sülh gətirən Lider kimi atdığı addımların qeyd olunması da diqqət çəkir. Prezident böyük fəxrlə qeyd edib ki, Azərbaycan regiona sülhü müharibə ilə gətirmişdir. Azərbaycana qarşı ədalətsizliklər çox olmuşdur. Xüsusən Qarabağ məsələsinin həlli süni şəkildə 30 ilə yaxın müddətdə gecikdirilmişdir. Azərbaycan isə bu müddətdə səbr nümayiş etdirib məsələnin sülh yolu ilə həllinə çalışırdı. Ümumiyyətlə, Azərbaycan regionda hər zaman bu və digər məsələlərlə bağlı öz təşəbbüskarlığına görə seçilib. İkinci Qarabağ müharibəsinin başlanğıcında həyata keçirilən əməliyyatın heç bir adı yox idi. Ona sonradan "Dəmir yumruq" adı verilmişdir. Belə ki, xalqa müraciətlər zamanı deyilirdi ki, "qarşı tərəf işğal olunmuş əraziləri tərk etməsə "dəmir yumruq" "onun başını əzəcək". Bu sözlər cəmiyyət tərəfindən müsbət qarşılandığı üçün o, əməliyyat məhz "Dəmir yumruq" adlandırma qərarına gəlinmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Azərbaycan daima ədalət prinsipinə uyğun olaraq hər bir ölkələrin mütəqilliyini dəstəkləyir və bundan sonra qarşılıqlı qardaşlıq və sülhün tərəfdarıdır.

Fuad Rəhimov 

Yeni Suraxanı bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti