8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi baş tutmuşdur. Milli mətbuatımızın 149 illiyi münasibəti ilə əlaqədar olaraq təşkil edilən 2-ci Şuşa Qlobal Media Forumunda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat, 32 media subyekti iştirak etmişdir. Eyni zamanda Azərbaycan media nümayəndələrinin və rəsmilərinin iştirakı təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək bir çox məsələlərə toxunmuşdur. Ölkə başçısı öz çıxışında beynəlxalq medianın bəzən Azərbaycan haqqında yalan məlumatlar yaydığını bildirmişdir. Ermənipərəst siyasətçilərin və media nümayəndələrinin mediyaya sızdırdığı Azərbaycan reallığına uymayan məlumatlarının qurbanı olmuşuq. Azərbaycan torpaqları 30 il işğal altında olsa da, dünyaya bizi təcavüzkar kimi qələmə verirdilər. Bunun nəticəsi olaraq ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq etmişdir. Hal-hazırda ABŞ prezidenti Trump özü dezinformasiyanın qurbanıdır. Ölkə prezidenti çıxışında Azərbaycanda və regionda baş verən hadisələrin obyektiv şəkildə işıqlandırılmasının təmin edilməsini bildirdi. Qarabağ qələbəsi və Şərqi Zəngəzurda aparılan işlər Azərbaycanı nüfuzdan salmaq istəyən beynəlxalq media nümayəndələrinə imkan verməyəcək. Eyni zamanda Avropa İttifaqının 10 üzvünün Azərbaycan ilə strateji tərəfdaşlığı, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının və OPEC PLUS formatının üzvü olmağı, neft hasil edən ölkələrlə fəal işləməyi, bərpa olunan enerji sahəsindəki nailiyyətləri beynəlxalq sferada da ölkəmizin uğurlarının göstəricisi kimi təqdim edilə bilər.Azərbaycan həmişə sülh tərəfdarı olub. Uzun illər Fələstin dövlətinə siyasi, iqtisadi dəstək göstərməsi, Ukrayna xalqınahumanitar və maliyyə yardımı etməsi bunun göstəricisidir. Ölkə başçısı Azərbaycanın Afrika İttifaqının üzv ölkələri iləəməkdaşlığından da bəhs etdi. Azərbaycanın Qoşulmama hərakatına sədrlik etməsi nəticəsində Afrika İttifaqının üzvləri ilə fəal təmasların var olmasını bildirdi. Pandemiya dövründə Afrika ölkələrinə humanitar və maliyyə yardımlarının göstərilməsinin və həmin ölkələrin Afrika İttifaqı üzvləri olduğunu bildirdi. COP29-la bağlı bir neçə Afrika ölkə prezidentinin Bakıya gəlişi təsdiqlənib. Bu da Azərbaycanın Afrika İttifaqı ölkələri ilə sıx əməkdaşlığından xəbər verir.Prezident İlham Əliyev Troykanın təsis edilməsinin təşəbbüskarı olaraq Azərbaycanda keçiriləcək COP29-un həmrəylik tədbiri olduğunu bildirdi. Ona görə də bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini öz çıxışında bəyan etdi.Qarabağ Zəfəri də xalqımızın həmrəy olmağından qaynaqlanır.
Roman Səfərov
Suraxanı RİHB-nin Yeni Suraxanı QİƏD üzrə nümayəndəsi
Sozcu.info