27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya.
Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor, məşhur "91”-lərdən biri, BMT-nin Sülh Səfiri, Ankara Böyükxalq Söz Akademiyasının, Azərbaycan Ağsaqqallar Şurasının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm” mükafatı laureatı, "Tərəqqi” medalı, Azərbaycanın "qabaqcıl təhsil işçisi” Hacı Əsədulla Qurbanov tərəfindən
Açıq məktub
Möhtərəm cənab Prezident!
Çox hörmətli Mehriban Xanım!
Sizə məlum edirəm ki, mənim bu müraciətim ilk deyildir, çoxsaylıdır. Özü də əsasən, 2005-ci ildəndir. Lakin çox-çox təəssüflər olsun ki, onların heç birinə Sizdən cavab almamışam. Bu, məndə elə bir məntiqi qənaət yaradır ki, həmin müraciətlərin heç biri sizə çatmayıbdır. Başqa sözlə desək, həmin müraciətlərin Sizə çatmasına imkan verilməyibdir. Mən qəti olaraq bilirəm ki, həmin müraciətlərin Sizə çatmasına kimlər mane olub. Mən onların ad və soyadları, titulları barədə Sizə məlumat verməyi lüzum bilmirəm. Başqa sözlə desək, buna elə bir ciddi ehtiyac da yoxdur. Amma onu bilirəm ki, Sizə müraciətlərim çatsaydı, onların müsbət nəticəsi olardı.
Hörmətli Mehriban Xanım!
Çox haqlı və təbii olaraq soruşa bilərsiniz.
Sizin bizə müraciətiniz nə barədə idi?
Cavab olaraq, ilk öncə belə bir mühüm və vacib məqamı qeyd etmək istərdim ki, həmin müraciətlərə aid sənədlərin üzərinə Prezident Administrasiyasının rəhbərliyi tərəfindən təxmini belə yazılmışdır: "Arxivə”.
Sizə yazdığım əvvəlki müraciətlərimdə olanları bir qədər, yəni müəyyən mənada təkrar da olsa, yenidən xatırlatmaq istərdim.
Birincisi, məlumunuz olsun ki, mən 1936-cı ilin 28 aprelində Azərbaycan Respublikasının Balakən rayonuna aid olan Gədik (Katex) kəndində kolxozçu ailəsində anadan olmuşam.
...Atamı mən 2 aylığımda, iki böyük qardaşımı 1941 – 1945 – ci illərdə Böyük Vətən Müharibəsi illərində, anamı isə gəncliyimdə itirmişəm.
...1954-cü ildə doğma kəndimdə orta məktəbi bitirib, ali təhsil almaq üçün Bakıya gəlmişəm.
...İş elə gətirdi ki, paytaxtımızda 1 illik Bakı 2 №-li Peşə-Texniki məktəbdə oxuduqdan sonra o zaman V.İ.Lenin adına Bakı Yeni Neftayırma Zavodunda ixtisaslı fəhlə işlədim.Sonra, yəni1956-cı ildə Azərbaycan Dövlət Universitetinə daxil olub, 1961-ci ildə həmin ali məktəbin şərqşünaslıq fakultəsini bitirmişəm.
...1961-ci ildən 1973-cü ilə qədər təyinat üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mərkəzi aparatında müxtəlif məsul vəzifələrdə çalışmışam.
...Elmi - pedaqoji işə olan hədsiz həvəsimə görə 1973-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda elmi işə başlamışam. Həmən ildə, eyni zamanda, məzunu olduğum universitetin qiyabi aspiranturasına daxil olmuşam. Aspiranturanı bitirdikdən sonra 1976-cı ildə "Azərbaycanda kənd əhalisinin mənəvi aləmində sekulyarlaşmanın-dünyəviləşmənin xarakterik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası yazıb, fəlsəfə elmləri namizədi olmuşam.
...Akademiyada işləyə-işləyə BDU-da saat hesabı ilə dərs deyə-deyə 1990-cı ildə "Milli və millətlərarası münasibətlər kontekstində sekulyarlaşmanın-dünyəviləşmənin xarakterik xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişəm.
...BDU-da, Mədəniyyət və İncəsənət Universitetində, habelə digər ali məktəblərdə əvvəlcə dosent, sonra isə, yəni hal-hazıra kimi orada–BDU-da professor vəzifəsində çalışıram.
...Çoxsaylı elmi-pedaqoji, bədii-publisistik əsərlərin müəllifiyəm.
İkincisi, ictimai-siyasi fəaliyyətim barədə.
Ötən əsrin 90-cı illərindən hal-hazıra kimi, çox ciddi şəkildə ictimai-siyasi fəaliyyətlə məşğulam.
..1991-1992-ci illərdə Yeni Azərbaycan Partiyasının yaradılması və onun təşkilatlanmasında fəal iştirak etmişəm.
1992-ci ildə YAP-ın Naxçıvanda keçirilən ilk təsis konfransında iştirak edərək, bu partiyanın siyasi şurasının üzvü olmuşam.
... Məşhur "91” – lərdənəm.
...1993-cü ilin 4 iyun Gəncədə, 1994-cü ilin 4 oktyabrında Bakıda, 1995-ci ilin martında yenə Bakıda bəzi daxili və xarici qara qüvvələrin dövlət çevrilişlərinə göstərdikləri cəhdlərin qarşısının alınmasında bilavasitə fəal iştirak etmişəm.
...Müstəqillik illərində ölkədə prezident, parlament və bələdiyyə seçkilərində də fəal iştirak etmişəm.
...1995-ci ildə parlament seçkilərində YAP-ın ehtiyat siyahısında 1-ci olmuşam.
...Lakin...
...2005-ci ildə parlament seçkilərində müstəqil olaraq 111 saylı Zaqatala-Balakən seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. Seçki qanunvericiliyə əsasən hərəkət edərək, həmin dairədən seçicilərin əksəriyyətinin səslərini qazansam da, millət vəkili mandatının təsadüfi, lakin çoxlu pulu və "karlı dayısı” olan Dünyamin Xəlilov oldu. Belə olan halda mən 2005-ci ilin noyabrında Bakıda keçirilən narazı namizədlərin respublika toplantısında iştirak etdim. Toplantıdakı çıxışımda dedim:
Mən klassik heydərçiyəm, klassik yapçıyam və klassik "91”lərdənəm. Peşman da deyiləm. Bununla belə, seçki saxtakarlığına qarşı mübarizədə öndə gedəcəyəm.
Bunu deyərkən əlimdə kifayət qədər tutarlı əsasım var idi. Birincisi, seçki saxtakarlığına çox kobud nöqsanlara yol verildiyi üçün o zaman Zaqatala rayon icra hakimiyyətinin başçısı işləyən Vaqif Rəhimov Sizin xüsusi sərəncamınızla vəzifəsindən kənarlaşdırılmışdır. İkincisi, "iş adamı” Dünyamin Xəlilov ictimai-siyasi və əməli fəaliyyətlərində ağır, çox ciddi cinayət xarakterli qanunsuzluqlara yol verdiyinə görə, yaxın qohumu olan Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevlə birgə uzun müddətli həbs cəzaına məhkum ediliblər.
1993-cü il 4 iyun Gəncə, Bakıda 1994 – cü il və 1995-ci il mart hadisələri ilə əlaqədar olaraq iki mühüm məqama toxunmaq istərdim.
Birincisi, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Naxçıvandan YAP-ın sədr müavini mərhum Rafael Allahverdiyevə və mənə etdiyi tövsiyəyə əsasən o zaman ölkə prezidenti vəzifəsində çalışan Əbülfəz Əliyevinyanında olaraq dövlət başçısından xahiş etdim ki, nəyin bahasına olursa olsun, Gəncə hərbi qiyamının qarşısı alınmalıdır. Mən bu işə hörmətli akademik İmam Mustafayevi də cəlb etdim. Ölkə başçısının sərəncamı ilə Gəncəyə gedən dövlət komissiyası yaradıldı. Komissiyanın sədri vəzifəsi akademik İmam Mustafayevə,müavinlik mənə həvalə olundu. Komissiya Gəncəyə getdi. Biz orada Surət Hüseynovla lazımi danışıqlar aparıb, müəyyən müsbət işlər gördük.
...1993-cü ilin 8 iyununda komissiya ölkə başçısı Əbülfəz Əliyevə məlumat verdi. Müzakirənin sonunda Əbülfəz Əliyev mənə üzünü tutub dedi:
Professor, komissiya üzvləri milli məclisə gedib, hesabat versin. Sən qal, mənimlə birlikdə biz də gedərik. Sənə sözüm var.
-Qardaş, Surət Hüseynov ipə-sapa yatmır. Mən başımı itirmişəm. Mənə kömək et. (Haşiyə: Mən Əbülfəz Əliyevlə BDU-da Şərqşünaslıq fakultəsində eyni vaxtda oxumuşuq)
-Mən ona dedim:
-Yeganə çıxış yolu Heydər Əliyevə müraciətdən ibarətdir.
-Heydər bəy məndən inciyib. O, nə mənə zəng edir, nə də mənim zəngimə cavab verir.
-Zəng et. İndi cavab verər.
-Ona nə deyim?
-De ki, öz adımdan, xalqın adından xahiş edirəm. Bakıya gəl. Burada ən ali siyasi vəzifəyə başla.
Əbülfəz Elçibəy belə də etdi.
...Ulu öndər 9 iyun 1993-cü ildə Bakıya gəldi. 13 iyun 1993-cü ildə Gəncəyə getdi. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Məclisin sədri seçildi.
İkinci, çox xarakterik epizod:
1995-ci il 16 martdan mən OMON-un Bakının 8-ci km qəsəbəsində qərargahda olub, liderlər Mahir Cavadov və Rövşən Cavadov qardaşları ilə görüşdüm. Onlara təklif etdim ki, "ağ bayrağı” qaldırsınlar. Belə olsa, siz əfv olunacaqsınız.
Rövşən Cavadov mənə dedi:
-Öldü var, döndü yoxdur.
-Mən onlara dedim:
-Ölməyə tələsməyin, dönməyə tələsin.
...Mən oraya gedəndə OMON - un qərargahının qapısı ağzında o zaman Türkiyənin Azərbaycandakı səfiri Karamanoğlu və türk diplomatı Fərman Dəmirkolu gördüm.
...Mən bu barədə 22 iyun 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında keçən OMON-la bağlı Respublika Sarayında çıxış da etmişəm. Çıxışım dövlətin dövrü mətbuatında, efirində də verilmişdir.
Möhtərəm Cənab Prezident!
Çox yazıb qiymətli vaxtınızı almaq istəmirəm.
Son olaraq yuxarıdakıları nəzərə alaraq sizdən aşağıdakıları xahiş edirəm.
1. Heç bir əsas olmadan Prezident Administrasiyasından bir nəfərin kökündən yanlış, məkrli, subyektiv göstərişinə əsasən mən YAP-ın özək təşkilatı tərəfindən (2005-ci ildə)partiyadan çıxarılmışam. Bu barədə YAP-ın mərkəzi aparatının qərarı yoxdur. Buna görə də məni öz doğma partiyama bərpa edəsiniz.
2. Mənim uzun illər elmi-pedaqoji, ictimai, siyasi işlərdəki fəaliyyətimi nəzərə alaraq Prezident təqaüdü verəsiniz.
Dərin hörmət və ehtiramla,
BDU-nun professoru Əsədulla Qurbanov
"Yeni Sözçü" qəzeti