23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
Baş nazir Əli Əsədov Tehranda İran İslam Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.Sozcu.info xəbər verir ki, Əli Əsədov Məhəmməd Reza Arefi İranın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.Görüşdə iki dövlət arasında tarixi köklərə əsaslanan münasibətlərin hazırkı dönəmdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.Azərbaycan-İran əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.