Gürcüstanın hakim partiyası Rusiya ilə müharibə barəsində gözlənilməz bəyanat verib

Sozcu.info xəbər verir ki, Gürcüstanın hakim partiyası Rusiya ilə müharibə barəsində gözlənilməz bəyanat verib. Bu barədə Gürcüstanın Birinci kanalı məlumat verib. "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının iddiasına görə, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda xaricdən göstərişlər Rusiya ilə müharibənin başlanmasına səbəb olub: “Fakt budur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun psixi qeyri-sabitliyinin yox, kənardan gələn göstərişlər və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi”.
Partiyanın açıqlmasında bildirilir ki, "uzunmüddətli sülhün bərqərar olması və cəmiyyətin kimin ölkəyə və xalqa qarşı xəyanət edərək cinayət törətdiyini bilməsi üçün hüquqi proses başladılmalıdır".



Oxşar Xəbərlər

Xəbər lenti