8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev 2024-cü il avqust ayının 14-də XXXIII Paris Yay OlimpiyaOyunlarında medal qazanmış Azərbaycan idmançıları vəonların məşqçiləri ilə görüşdü. Ölkə başçısı görüş zamanı çıxışedərkən idmançılarımızı və onların məşqçi heyətini ürəkdəntəbrik etdi və bildirdi ki, Azərbaycan idmançıları uğurlu çıxışlarıilə bütün xalqımızı sevindirdi. İdmançılarımız Yay OlimpiyaOyunlarında ölkəmizi böyük ləyaqətlə təmsil etdi. OlimpiyaOyunları bütün digər idman yarışları arasında xüsusi yer tutanbir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttəki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.Azərbaycan güclü idman dövlətidir. Bu səbəbdən bizimOlimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da xüsusilə seçilmişdir. Təsadüfi deyil ki, biz buOyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq- 2 qızıl, 2 gümüş və 3 bürünc medal. Müsəlman ölkələriarasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çoxgözəl və tarixi nəticədir. Xüsusilə qızıl medalçılarımız OlimpiyaOyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxşetmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları vəeyni zamanda, davranış qaydaları hər birimizi ürəkdənsevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyiqoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiqetmişlər. Əlbətdə, biz daha çox medal qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycandaidmanın inkişafı ardıcıl surətdə gedir. Bu gün Azərbaycandaidmanın bir çox növləri inkişaf edir. Bizim idmançılarımız beşidman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.Ölkə prezidenti Olimpiya oyunları bitdikdən sonra müəyyənistirahət vaxtı başa çatınca yeni hazırlıq prosesinə start veriləcəyini diqqətə çatdıraraq qeyd etdi ki, həm Avropa, həmdünya çempionatlarına hazırlıq işləri gedəcək. Biz növbətiOlimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idmannövündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq vəxüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqətgöstərilməlidir. İdmanla məşğul olmaq üçün indi ölkəmizin hərbir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlararasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Növbəti Olimpiya Oyunlarınahazırlıq prosesi də ardıcıl aparılacaq. Hər bir OlimpiyaOyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardansonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axınımüşahidə olunur. Ölkəmizdə gənclərin idmana maraqları günü-gündən artır. Həm cüdo, həm digər idman növləri ilə məşğulolmaq istəyən uşaqlarımızın sayı çox olacaq.Bu gün biz gəncnəslimizlə haqlı olaraq fəxr edə bilərik. Uzun illər ərzindəidmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər vəpeşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışlarıbunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxredə bilərik. Nailiyyətlər, eyni zamanda, medallar qazanmışidmançıların məsuliyyətini də artırır. Çox sevindirici haldır ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatdanümunəvi davranış qaydaları göstərirlər.Sevinc HüseynovaSuraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info