Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 


 

 

Bu ilin əvvəlindən Xəzər rayon Gənclər və İdman İdarəsi idmanın kütləviləşdirilməsi, eləcə də uşaq və gənclərin milli-vətənpərvər ruhda formalaşmaları baxımından bir çox əhəmiyyətli layihələr reallaşdırıb

 

Birmənalı olaraq demək olar ki, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən illər ərzində ölkəmizdə bütün digər istiqamətlərdə olduğu kimi, idman sahəsində də böyük uğurlar əldə olunub. Bu gün artıq Azərbaycan ən müxtəlif idman növləri üzrə mötəbər yarışlara ev sahibliyi edir, idmançılarımız beynəlxalq yarışlarda mühüm uğurlar qazanaraq dövlət bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Məhz bu uğurların sayəsində bu gün Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır və hətta planetin əsas idman mərkəzlərindən biri kimi çıxış edir.

Sadəcə son iki ayın ən əhəmiyyətli beynəlxalq idman hadisələrinin siyahısına nəzər salsaq bir daha əmin olarıq ki, təkcə iki yarışın, 26-28 aprel tarixlərində keçirilmiş Formula-1 Azərbaycan Qran-Prisinin və may ayının 29-da baş tutacaq UEFA kuboku uğrunda final görüşünün Bakıda təşkil olunması artıq ölkəmizin beynəlxalq idman aləmində necə böyük bir nüfuza sahib olduğuna dəlalət edir.

 

1994 – əsaslı dönüşün başlanğıcı

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan idmanının həqiqətən də dünya səviyyəsində böyük şöhrət qazanmasında, ölkəmizdə ən müxtəlif, hətta əvvəllər ənənəvi hesab olunmayan bir çox idman növlərinin təşəkkül tapmasında və inkişafında bir dövlət qurumu olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin də müstəsna rolu vardır. Birmənalı olaraq demək lazımdır ki, müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda gənclər və idman sahəsində dövlət siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin Gənclər və İdman Nazirliyinin yaradılması haqqında 1994-cü il iyulun 26-da imzaladığı Fərmanın mühüm rolu var. Məhz bu baxımdan 1994-cü ili ölkəmizin idman həyatında əsaslı dönüşün başlanğıcı adlandırmaq olar. Həmin il müasir müstəqil Azərbaycan idmanın, bədən tərbiyəsinin dövlət siyasətində önəmli yer tutduğunu rəsmən bəyan etdi. Ölkədə idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsini və idmanı daha da inkişaf etdirmək, bu sahədə yüksək nailiyyətlər qazanmaq, güclü idmançılar hazırlamaq üçün əlaqədar qurumlar qarşısında konkret vəzifələr qoyuldu.

 

Dövlət qayğısı bütün uğurların rəhnidir

Tam səmimi olaraq demək olar ki, bu gün Azərbaycan əksər sahələrdə bir çox digər dünya ölkələri üçün əsl nümunədir. O cümlədən Azərbaycanda idman sahəsində həyata keçirilən islahatları, görülən işləri bir çox ölkələröz təcrübələrində tətbiq edirlər.

Dövlətimizin bu sahətyə göstərdiyi diqqət, qayğı və dəstəyin daha bir təzahürü kimi belə bir məqamı da qeyd etmək olar ki, idmançılarımızın mötəbər yarışlara hazırlıq prosesləri idmanın müvafiq növünün kifayət qədər inkişafetdiyi ölkələrdə təşkil olunur. Bu da müstəqil Azərbaycanın güclü iqtisadi imkanlarından xəbər verir. Bu gün elə bir çempionat, yarış, Olimpiada yoxdur ki, bizim idmançılarımız orada iştirak etməkdə hansısa çətinliklə üzləşsin. Azərbaycan dövlətinin idmana, idmançılara qayğısı Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin onlara göstərdiyi yüksək etimadın göstəricisidir. Bu gün Azərbaycanda idman sahəsində reallaşdırılan dövlət siyasəti, o cümlədən maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir Olimpiya İdman komplekslərinin və digər idman qurğularının inşası ölkəmizdə ən mötəbər beynəlxalq yarışların, habelə Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkilinə imkan yaradır. Hər il ölkəmizdə 50-dən çox dünya və qitə miqyaslı yarış təşkil olunur. Belə yarışların keçirilməsi beynəlxalq idman ictimaiyyətinin Azərbaycanın uğurla ev sahibliyi etdiyi mötəbər turnirlərə verdiyi yüksək qiymətin nəticəsidir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasəti müstəqil Azərbaycanda güclü idman potensialının formalaşmasına səbəb olub. Düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət müsbət nəticələr verməkdə davam edir. Ölkəmizdə bədən tərbiyəsi və idman ictimai həyatın ayrılmaz tərkib hissəsi olub. Azərbaycan həm idman sahəsində qazanılan uğurlar, həm ən müasir idman infrastrukturu yaradılması, həm də mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi ilə beynəlxalq idman ailəsinin nüfuzlu üzvünə çevrilib.

 

Gənclər və İdman Nazirliyinin struktur bölmələri səmərəli fəaliyyət göstərir

Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanda gənclər və idman sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində ölkənin Gənclər və İdman Nazirliyinin müstəsna rolu vardır. O cümlədən nazirliyin tabeliyində fəaliyyət göstərən şəhər və rayon gənclər və idman idarələrinin də fəaliyyətini heç bir halda diqqətdən kənarda qoymaq olmaz. Unutmaq lazım deyil ki, ölkədə idmanın inkişafı təkcə peşəkar idmançıların böyük uğurları ilə müəyyən edilmir. Əksinə, idmanın maksimum kütləviləşdirilməsi, bu sahəyə ümumxalq marağının daha da artırılması, uşaq, gənc və yeniyetmələr arasında, orta məktəblərdə və digər təhsil müəssisələrində müxtəlif yarışların mütəmadi təşkil olunması gələcək qələbələrin əsasını qoyan zəruri tədbirlər kimi qeyd olunmalıdır. Məhz bu baxımdan da həm bölgələrimizdə, həm də paytaxt Bakıda fəaliyyət göstərən gənclər və idman idarələrinin işi xüsusi diqqətə layiqdir. Bu gün biz belə qurumlardan birinin, Bakı şəhər, Xəzər rayon Gənclər və İdman İdarəsinin işindən bəzi maraqlı məqamları işıqlandırmağa çalışacağıq. 

 

20 Yanvar faciəsinin 29-cu  ildönümü belə anıldı...

21 yanvar 2019-cu il tarixində 234 saylı tam orta məktəbdə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.10. bəndinin icrasını təmin etmək məqsədilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş Güllə atıcılığı üzrə oğlanlar və qızlar arasında Xəzər rayon birinciliyi keçirilmişdir.Tədbirdə 80 nəfər iştirak etmişdir. Rayon birinciliyinin nəticələrinə görə:

I yeri 234 №li tam orta məktəbin,

II yeri 26 №li tam orta məktəbin, 

III yeri 181 №li tam orta məktəbin komandaları tutmuşdur.

 

Milli Qəhrəman Sərdar Səfərovun xatirəsi yad olundu...

17 fevral 2019-cu il tarixində Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriliyi, Xəzər rayon İcra Hakimiyyəti,Xəzər rayon Gənclər və İdman idarəsi, Azərbaycan Məktəb İdman Federasiyaları, Azərbaycan Cüdo Federasiyası ilə birlikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin gənclər arasında tanıdılması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə, Milli Qəhrəman Sərdar Səfərovun xatirəsinə həsr olunmuş, 2005-2006-cı il təvəllüdlü məktəblilər arasında, Cüdo üzrə açıq turnir keçirilmişdir. Turnirin açılış mərasimində Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev və digər qonaqlar çıxış edərək yarış iştirakçılarını salamlamışlar. Turnirdə I,II və III yerləri tutmuş idmançılara medal və mükafatlar təqdim olunmuşdur.

 

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü kompleks tədbirlə qeyd olundu...

4 mart 2019-cu il tarixdə Şağan Olimpiya İdman Kompleksində Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş əl işlərindən ibarət sərgi, bir qrup bədən tərbiyəsi və idman müəllimlərinin və məşqçi müəllimlərin rayonun yeniyetmə və gəncləri arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə görə mükafatlandırması mərasimi və rayonun orta ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında Voleybol turnirinin final oyunu keçirilmişdir. Turnirin nəticələrinə görə:

I yeri - 26 saylı tam orta məktəbin,

II yeri - 156 saylı tam orta məktəbin,

III yeri - 149 saylı tam orta məktəbin komandaları tutmuşdur.

 

Hərbi idman oyunlarına geniş yer verilməlidir...

7 mart 2019-cu il tarixdə 230 saylı tam orta məktəbdə Dövlət Sərhəd Xidmətinin Sahil mühavizəsi,Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında "Sərhəd” hərbi idman oyunu keçirilmişdir. Yarışa başlamadan öncə 230 saylı tam orta məktəbin şagirdlərininvətənpərvərlik mövzusunda hazırladıqlarıı ədəbi-bədii kompozisiyaya baxış keçirilmişdir. Daha sonra tədbirdə iştirak edən qonaqlar – Dövlət Sərhəd Xidmətinin Sahil Mühavizəsinin rəis müavini, polkovnik Elnur Həbibov, Bakı şəhər Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin əməkdaşı Mürsəl Qurbanov,Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Nəsirov çıxış edərək yarış iştirakçılarını salamlamış daha sonra hərbi idman oyunlarının əhəmiyyətindən danışaraq, yarış iştirakçılarına uğurlar arzu etmişlər. Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə görə:

I yeri - 185 saylı tam orta məktəb,

II yeri 230 saylı tam orta məktəb,

III yeri 26 saylı tam orta məktəb tutmuşdur. Yarışda mərhələlər üzrə yüksək nəticə göstərmiş komandalar da müvafiq diplomlarla mükafatlandırılmışdır.

 

"Bahar turniri” – Sərbəst güləş...

16 mart 2019-cu il tarixində 124 saylı tam orta məktəbin idman bazasında Novruz bayramına həsr olunmuş Sərbəst güləş üzrə uşaq və yeniyetmələr arasında "Bahar turniri” keçirilmişdir.Turnirdə 60 nəfər gənc idmançı öz qüvvələrini sınamışdır.

"Bahar turniri” – Cüdo...

Sərbəst güləş həvəskarlarından sonra isə, növbə cüdoçulara çatmışdır. Belə ki, 17 mart 2019-cu il tarixdə 5 saylı Bakı Peşə Məktəbinin idman bazasında Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Cüdo idman növü üzrə uşaq,yeniyetmə və gənclər arasında "Bahar turniri” keçirilmişdir.Turnirdə 70 nəfər gənc idmançı iştirak etmişdir.

Hərbi-idman oyunları müstəsna tərbiyəvi əhəmiyyət kəsb edir...

15 aprel 2019-cu il tarixdə 230 saylı tam orta məktəbdə Xəzər rayon məktəbliləri arasında "Şahin” hərbi-idman oyunu keçirilmişdir. Yarış münasibətilə təşkil olunan tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Xəzər rayon filialının sədri Səfa Əliyev, Bakı şəhər Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin əməkdaşı Mürsəl Qurbanov, Xəzər-Pirallahı rayonları üzrə Mülki Müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev, Bakı Regional Mərkəzinin Mülki Müdafiə idarəsinin zabitləri Sərxan Həsənov və Rüfət Bayramlı və şagird və müəllim heyəti iştirak edirdilər. Çıxış edən qonaqlar cəsur Şahinlərə uğurlar arzulayaraq, hərbi idman oyunlarının yeniyetmə və gənclərdə vətənpərvərlik və vətəndaşlıq hissinin güclənməsinə müsbət təsir etdiyini vurğulamışlar. Yarış gərgin mübarizə şəraitində keçmiş və nəticələrə görə:

I yeri - 26 saylı tam orta məktəbin,

II yeri - 206 saylı tam orta məktəbin,

III yeri-181 saylı tam orta məktəbin şagirdləri tutmuşlar. Qaliblər Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif edilmişlər.

 

Ulu Öndərin doğum gününə həsr olunmuş futbol turniri...

28 aprel - 08 may 2019-cu il tarixlərində AFFA Futbol Mərkəzi"Azal Arena” Stadionunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunnmuş Futbol üzrə Xəzər rayon turnirinin oyunları keçirilmişdir.Turnirdə ümumlikdə 108 nəfər iştirak etmişdir.Yarış gərgin mübarizə şəraitində keçmiş və nəticələrə görə:

I yeri – Buzovna bələdiyyəsinin,

II yeri – Şüvəlan bələdiyyəsinin,

II yeri – Mərdəkan Bələdiyyəsinin komandaları tutmuşlar. Qaliblər Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok,medal və diplomlarla təltif edilmişlər.

 

Göründüyü kimi, paytaxtın Xəzər rayonu son dərəcə dolğun bir idman həyatı yaşamaqdadır. Rayonun Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev isə bu barədə verdiyi açıqlamalarında bildirir ki, bu gün Xəzər rayonunda müşahidə olunan idmansevərlik mühiti ilk növbədə ölkəmizdə bu sahəyə göstərilən yüksək dövlət qayğısının bir təzahürüdür. Aydındır ki, Azərbaycanda gənclər və idman sahəsinə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğı idmançılarımız üçün ən yüksək uğur və nailiyyətlərə imza atmaq imkanları yaratdığı kimi, bu sahədə çalışan insaların da qarşısına konkret vəzifələrin icrasına dair müəyyən tələblər qoyur. Məhz yerlərdə həmin vəzifələrin uğurlu icrası da ölkəmizdə ümumi inkişafın yüksək dinamikasını  təmin edir. 

A.NƏBİYEV,

"Yeni Sözçü”qəzeti

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 

Daha möhtəşəm yarışlar gözləntisində-FOTO

 


 



Oxşar Xəbərlər

Xəbər lenti