8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanda 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri uğurla başa çatmışdır. Çox sevindirici haldır ki, bu mühüm hadisə respublikamızın bütün ərazisində keçirilmişdir. Artıq yeni üzvləri olan Milli Məclis öz işinə başlamışdır. Prezident İlham Əliyev cari ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış etmişdir.İlk olaraq, ölkə rəhbəri respublikamızın bütün ərazisində keçirilən bu seçkilərin tarixi bir hadisə olduğunuvurğulamışdır. Şəhid və qazilərimizin sayəsində geri qaytarılan torpaqlarımız Azərbaycan xalqının güclü iradəyə, birliyə malik olduğunu bir daha sübut etdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsindəsuverenliyimizin tam bərpasından sonra ölkəmizdə böyük quruculuq işləri gedir. Nəticələr isə göz qabağındadır. Belə ki, bu hadisələrdən az müddət keçməsinə baxmayaraq, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Düzdür, ikili standartlar əsasında qurulmuş ittihamlar davam etməkdədir. Lakin bu, xalqımızın iradəsinə heç cür təsir edə bilməz.Qarşıda bizi daha böyük işlərin gözlədiyini qeyd edən İlham Əliyev birinci növbədə hərbi gücümüzün artırılmasının vacibliyini vurğulamışdır. Bunu etməyə vadar edənsə, həm dünyada gedən proseslər, yeni münaqişə, mühariibə ocaqlarının yaradılmasıdır. Eyni zamanda, qanunsuz olaraq zəbt etdiyi torpaqların geri qaytarılması ilə heç cür barışa bilməyən Ermənistanda revanşizm meyilləri də bu sahəyə xüsusi diqqət yetirməyimizi tələb edir. Artıq “kim güclüdür, o da haqlıdır” prinsipi üstünük təşkil edir və bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Qələbəmizi həzm edə bilməyən xarici dairələr yeni planlar hazırlayır, hərəkətə keçmək üçün Azərbaycanın büdrəməsini, zəifləməsini gözləyirlər. Buna isə qəti şəkildə imkan vermək olmaz. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın hərbi gücü daha da artmışdır. Yeni silahlı birləşmələr yaradılmış, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılmışdır. Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələrinin də yeniləri yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır.
Yeni hərbi sənaye komplekslərinin yaradılması hər bir ölkənin ümümi gücünü və inkişafını göstərir. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır. Bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işlərinin aparıldığını qeyd edən Prezident bildirmişdir ki, bu sahə bizim hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını da genişləndirəcək. Bugünkü geosiyasi vəziyyət hamının gözü qarşısındadır və buna görə də ölkəmizdə daxili təhlükəsizlik ilə bağlı bütün lazımi tədbirlər görülüb. Təhdidlərin aradan qaldırılması üçün mühüm qurumlar fəal işləyiirlər. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir davam etdirilir. Buradakı sabitlik bütün dünya üçün nümunə ola bilər. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Təhlükəsizlik isə inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün əsas amillərdən biridir. Çıxış zamanı bir sıra mühüm məsələlərə toxunan Prezident İlham Əliyev gənc nəslin milli ruhda böyüməsinin vacibliyini də vurğulamışdır. Belə ki, bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Gənc nəsil həm bilikli, savadlı, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Tərbiyənin əsas mənbəyi isə ailə və məktəbdir.
Qarabağın və Şərqi Zəngəzurun bərpası, mədəni, tarixi irsimizin qorunması üçün aparılan praktik işlər haqqında fikirlərini bildirən ölkə başçısı bərpa zamanı Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi dost ölkələrin də yaxından iştirakını qeyd etdi. Azad olunmuş ərazilərdə 45 tunelin nəzərdə tutulması, dəmir yolları, iki beynəxalq hava limanının istifadəyə verilməsi, su elektrik stansiyasının istismara verilməsi, məktəblər, xəstəxanalar, sosial obyektlərin tikilməsi infrastruktur layihələrinin geniş vüsət almasını təsdiqləyir.Çıxış zamanı, iqtisadi sahədə olan inkişaf, sosial islahatlar paketi haqqında, minimum əmək haqqı və minimum pensiya sahəsində nəzərdə tutulmuş artımlar haqqında da söz açıldı.Sonda Prezident İlham Əliyev Azərbaycanın çoxdan özünü ləyaqətli və qürurlu dövlər kimi təsdiqlədiyini: xüsusən, tarixi zəfərdən sonra beynəlxalq nüfuzumuzun daha da artdığını qeyd etdi. Buna əyani sübut isə COP 29-un Azərbaycanda keçirilməsinin 200 ölkə tərəfindən yekdilliklə qəbul edilməsidir. İnanırıq ki, bundan sonra da bütün sahələrdə inkişafımız davam edəcək, iqtisadiyyatımız möhkəmlənəcək, xarici siyasətdə uğurlarımız daha da çox olacaq. Səadət Seyidova
Suraxanı rayonu S. Abdullayev adına 290 №-li tam orta məktəbin müəllimi
Sozcu.info