İran prezidenti: "Azərbaycanla razılaşmaların həyata keçirilməsi sürətləndirilməlidir"


İran prezidenti bildirib ki, "Azərbaycanla razılaşmaların həyata keçirilməsi sürətləndirilməlidir". Bu barədə "Donya-e-eqtesad" saytı bildirib.

İran prezidenti Məsud Pezeşkian dünən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə birgə əməkdaşlığın genişləndirilməli olduğunu vurğulayıb və hər iki tərəfin ortaq tarixi, eləcə də mədəni cəhətlərinə toxunaraq deyib:

“Siz bizim qarşdaşlarımızsınız və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı bizim üçün çox dəyərlidir. Düşünürük ki, heç bir ölkənin suverenliyi gözardı edilməməlidir”.

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən cinayətkarın məhkəmə işi ilə bağlı gedişata işarə edən Məsud Pezeşkian deyib ki, hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələni nəzarətdə saxlayacaq.



Oxşar Xəbərlər

Xəbər lenti