Gürcüstanın DTX-sı: seçkilərdə saxtakarlıq riski var, amma səslərin sayılmasında yox


Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti gürcü cəmiyyətinə “süni intellekt texnologiyalarından istifadə etməklə saxtalaşdırılmış video və audio yazıların yayılmasına planlaşdırılan cəhdlər” barədə xəbərdarlıq edib. Dövlət Təhlükəsizliyi Xidməti belə hərəkətlərin arxasında “siyasi dairələrlə” əlaqəli qrupların dayandığını bildirir.

Rəsmi açıqlamada vurğulanır ki, saxta çəkilişlərdə dövlət məmurlarının səsləri və görüntüləri olacaq. Onların məqsədi hakimiyyətin müxtəlif qolları arasında qarşıdurmanı qızışdırmaq və Pravoslav Kilsəsi və Qərb tərəfdaşları ilə münasibətləri pisləşdirməkdir.



Oxşar Xəbərlər

Xəbər lenti