24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Gürcüstanda keçirlən parlament seçkilərində ilk saxtakarlıq faktlarını əks etdirən video yayılıb.
Sozcu.info xəbər verir ki, azərbaycanlıların sıx yaşadığı Marneuli rayonundakı səsvermə məntəələrindən birində bületenlərin topa halda qutulara doldurdulduğu görünür.
MSK sədri Giorgi Kalandarişvili 69 saylı Marneuli seçki məntəqəsində baş verən qanunsuzluğa münasibət bildirib. Onun qiymətləndirməsinə görə, bu fakt xüsusi haldır və kütləvi deyil.
“Mətbuatda və internetdə məlumat yayılır ki, 69 saylı Marneuli seçki məntəqəsində guya seçki qutusuna bülletenlər doldurulub. Bu, narahatedici məlumatdır və seçki administrasiyası belə hallara imkan verməyəcək. İdarə olunan və ya manipulyasiya xarakterli işlərin çoxillik səylərimizə xələl gətirməsi ehtimalı var", - Kalandarişvili bildirib.
MSK sədrinin verdiyi məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. Kalandarişvili Marneuli Dairə Komissiyasını müvafiq qərar qəbul etməyə çağırıb.
“Mən təcili olaraq Marneuli Dairə Seçki Komissiyasına zəng edib xahiş etmək istəyirəm ki, vəziyyəti öyrənsin, komissiyanın iclasını çağırsın və müvafiq qərar qəbul etsin. Bildiyimə görə, Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı araşdırmaya başlayıb. Biz belə halların baş verməsinə imkan verməyəcəyik”, - Giorgi Kalandarişvili bildirib.
"AzPolitika.info"