“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər – SİYAHI


Hakim “Gürcü Arzusu” partiyası Tbilisidə və digər böyük şəhərlərdə keçirilən seçkilərdə uduzub, lakin əsasən ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səslərin böyük əksəriyyətini qazanıb.
Sozcu.info xəbər verir ki, paytaxt Tbilisinin rayonlarında hakim partiyanın nəticələri belə olub.
      Mtatsminda – 41,512% (14,696 səs);
      Vake – 38,003% (28 983 səs);
      Saburtalo – 39,758% (38 110 səs);
      Krtsanisi – 48,831% (11 002 səs);
      İsani – 45,298% (28 767 səs);
      Samqori – 44,924% (37 004 səs);
      Çuğureti – 44,105% (17 936 səs);
      Didube – 42,076% (17,234);
      Nadzaladevi - 42,571% (33,952);
      Qldani – 40,46% (34547).
Ölkənin 5 ən böyük şəhərində isə “Gürcü Arzusu”nun topladığı səslər belə olub:
      Rustavi – 40,99% (24 815 səs);
      Zuqdidi – 48,052% (6956 səs);
      Poti – 49,659% (45583 səs);
      Batumi - 49,659% (45 583 səs);
      Kutaisi – 47,328% (35837).
Hakim partiya ən yaxşı nəticələri Samtsxe-Cavaxeti və Kvemo Kartlidə göstərib. Bunlar etnik azlıqların, o cümlədən ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdir. Bu seçkilər zamanı pozuntularla bağlı xəbərlərin çoxu oradan gəlirdi. Marneuli rayonunda hətta seçki məntəqələrinin birində bülletenlərin kütləvi şəkildə doldurulmasından sonra nəticələri ləğv etməli olublar.
Ermənilərin və azərbaycanlıların sıx yaşadığı rayonlarda “Gürcü Arzusu”nun topladığı səslər belə olub:

     Qardabani - 70,831% (8919 səs);
      Marneuli – 79,545% (19 424 səs);
      Bolnisi – 80,711% (18 390 səs);
      Dmanisi – 76,434% (6824 səs);
     Tsalka – 69,335% (3387 səs);
      Adigeni - 71,309% (3328 səs);
     Axalkalaki - 88,933% (11 749 səs);
     Ninotsminda – 89,771% (7802 səs). /Yeniavaz.com/



Oxşar Xəbərlər

Xəbər lenti