“Rusiya Gürcüstanda qalib gəlib” - "Qərb bir-iki ilə Moldovanı da itirəcək”


"Etiraf etməliyik ki, Rusiya bu gün Gürcüstanda qalib gəlib. Əvvəl Gürcüstanın bir hissəsini aldılar, sonra siyasətini dəyişdilər, hakimiyyəti dəyişdilər, indi də orada rusiyayönlü hakimiyyət və rusiyapərəst mövqelər var. Putinə qarşı heç bir sanksiya yoxdur, indi Gürcüstanda çoxlu ruslar var. Onların seçimi Rusiya ilə dostluqdur, Aİ-yə daxil olmaq deyil. Onlar mövqelərini dəyişdilər. Bu gün Rusiya qalib gəldi. Onlar Gürcüstanın azadlığını əlindən aldılar”. 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici media qurumlarına açıqalmasında deyib.

Moldovadakı vəziyyəti də şərh edən Zelenski deyib ki, Rusiya “eyni istiqamətdə hərəkət edir”: “Görəcəksiniz, Rusiya (Moldovada) eyni yolla gedir. Qərb qırmızı cizgilərdən danışmağa son qoymasa, onlar bunu (Moldovada da) edəcəklər. Bunu dayandırmasalar və bu ritorikanı davam etdirsələr, bir-iki ilə Moldovanı da itirəcəklər”.



Oxşar Xəbərlər

Xəbər lenti