8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Azərbaycan xalqı üçün Zəfər bayramıdır və Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında çıxışı zamanı bu önəmli günü qeyd etdi. Prezident Azərbaycan xalqını, Silahlı Qüvvələri və hər bir Azərbaycan vətəndaşını təbrik edərək şəhidlərə Allahdan rəhmət dilədi.
44 günlük Vətən müharibəsində Azərbaycan xalqı və ordusu qəhrəmanlıqla döyüşərək torpaqlarını işğaldan azad etdi və öz suverenliyini bərpa etdi. Prezident vurğuladı ki, müharibə dövründə xalqın iradəsi sarsılmadı və nəticədə düşmən kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycanın güclü iqtisadiyyatı, ordu hazırlığı və xalq-iqtidar birliyi bu Qələbəni təmin etdi.
Prezident çıxışında, münaqişənin hərbi yolla həll edilməsinin önlənməsinə çalışan xarici qüvvələrin Azərbaycan torpaqlarını işğalda saxlamaq niyyətində olduqlarını, lakin Azərbaycan rəhbərliyinin və xalqının bu vəziyyətlə heç vaxt barışmadığını ifadə etdi. O, Ermənistanın arxasında duran bəzi qüvvələrin yenidən bölgədə qarşıdurma yaratmağa çalışdığını, lakin Azərbaycanın hər zaman belə təxribatlara hazır olduğunu qeyd etdi.
Zəfər parkında yerləşən və Azərbaycanın qələbəsini əks etdirən simvolik abidələr və gələcək Zəfər muzeyi Azərbaycan xalqının qalibiyyət ruhunu əbədi olaraq yaşadacaqdır. Prezident İlham Əliyev Azərbaycanın müzəffər dövlət kimi yaşayacağını və Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu vurğuladı: “Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır!”
Ələkbərova Həliməxanım
Suraxanı rayonu, 282 nömrəli tam orta məəktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini
Sozcu.info