Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Dekabrın 17-də “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə dövlət başçısının beynəlxalq ictimaiyyətə verdiyi mesajlar beynəlxalq aləmdəböyük rezonans doğurub. Müsahibədə ölkə Prezidenti son illərdə dünyada baş verən hadisələrdən, regionda sülh sazişi üzrə danışıqların hazırki vəziyyətindən, sülh prosesində əldə edilmiş böyük irəliləyişlərdən, Ermənistanın silahlandırılması ilə bağlı ziddiyyətli məqamlardan, Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin əhəmiyyətindən, Ermənistanın sülh sazişindən yayınmasından və bu ölkəyə Makron hökuməti və digər dövlətlər tərəfindən öldürücü silahların tədarük edilməsindən söhbət açıb.Beynəlxalq aləmdə hal-hazırda baş verən gərginliyin aradan qaldırılması istiqamətində Azərbaycanın hər zaman tərəfdaşlıq mövqeyinə hazır olduğunu qeyd edən ölkə başçısı həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkə olaraq öz öhdəliklərini layiqincə yerinə yetirməyə hazır olduğunu bildirib. Eyni zamanda Bəyannamənin imzalanmasının Rusiya dövləti ilə 30 ildən artıq müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin ən yüksək forması olduğunu vurğulayıb.O, bu gün Rusiya və Azərbaycanın iki etibarlı tərəfdaş olduğunu qeyd edərək, Bəyannamənin imzalanmasından ötən illər ərzində Rusiya Prezidentinin Azərbaycana çox əlamətdar, həm də tarixi səfəri baş tutduğunu bildirib. Vladimir Putin dəfələrlə bizim ölkəyə gəlib, amma bu səfər xüsusi idi. Bu dövlət səfəri ilk dəfə bu ilin yayında həyata keçirildi. Həmin səfər çərçivəsində iki ölkə nəinki münasibətlərin müttəfiqlik xarakterini təsdiqlədi, həm də ikitərəfli qarşılıqlı fəaliyyətin inkişaf yollarını müəyyənləşdirdi. Cənab Prezident cəmiyyətimizi düşündürən məsələlərlə bağlı mövqeyini də müsahibədə açıq şəkildə ortaya qoydu. Bu məsələlərdən biri sözdə sülhdən danışan, əməldə isə Fransa hökümətinin başçılıq etdiyi böyük ölkələr ittifaqına arxalanan Ermənistan rəhbərliyinin siyasəti ilə bağlıdır. Prezident Makron Azərbaycana qarşı olan mövqeyini hər zaman açıq aşkar göstərmiş,təktərəfli ucuz bəyanatları ilə cəmiyyətimizin yaddaşında qalmışdır. Azərbaycan Fransa dostluq əlaqələrinə yalnız Makron hakimiyyətə gələndən sonra ciddi xələl gəlmişdir. Belə ki, ölkə rəhbərinin anti-Azərbaycan siyasətini bütün çılpaqlığı ilə biruzə verməsi, cəmiyyətdə hiddətə səbəb olmuş və Azərbaycan diplomatiyası haqlı mövqeyini, qətiyyətini ortaya qoymuşdur.Prezident İlham Əliyev həm Ermənistan rəhbərliyinə, həm də militarizasiya siyasətində onun arxasında dayanan ölkə və təşkilatlara açıq mətnlə bu mesajı verdi: “Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək… Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”.Dövlət başçımız müsahibəsində bütün dünya ictimaiyyətinin ciddi narahatlığına səbəb olan hərbi toqquşmaların geniş vüsət almasının qarşısını alınmasında və gərginliyin səngiməsində ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın praqmatik və sülhpərvər mövqe tutmasından asılı olduğunu bildirdi.Prezident İlham Əliyevin müsahibə boyunca səsləndirdiyi fikirlər, verdiyi mesajlar bir daha təsdiq etdi ki, dövlətimizin başçısınınsiyasətinin təməlində yalnız dövlət maraqlarımızın qorunması, beynəlxalq hüquqa və ölkəmizin öhdəliklərinə sadiqlik amalı dayanır. Könül NamazovaSuraxanı rayonu, 118 nömrəli tam orta məktəbin informatika müəllimi
Sozcu.info