Prezident İlham Əliyev dünya siyasətinin mərkəzində

Azərbaycan dünya siyasətində sözünü deməkdə davam edir. Hazırda qlobal aləmdə ciddi qarşıdurmalar var. Dövlət olaraq real vəziyyətdə cox düşünülmüş adımlar atılmalıdır ki, Prezidentimiz Cənab İlham Əliyev bu işi uğurla davam etdirir. Düşünürəm ki, uzun illər Qərb dünyası ərazi bütövlüyümüzün pozulması məsələsində təzyiq vasitəsi kimi istifadə etmiş, artıq bu problem tarixin arxivində öz yerini aldığı üçün başqa çirkin əməllərə əl atmağa çalışır. Burada xüsusilə Fransa  tərəfli siyasətindən əl çəkmir, qarayaxma kompaniyasına davam etməkdən çəkinmir. Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Nəzərə alsaq ki Fransada ciddi böhran yaşanmaqdadır. Afrika və ada dövlətlərində hələ də müstəmləkə siyasətindən əl çəkmək istəmir. Böyük bir insanlıq faciəsi yaşayan belə ölkələrdəki eyiblərini ört-basdır etmək üçün Azərbaycan dövlətini özünə hədəf seçib. Bunun səbəbi Fransaya qarşı açıq mövqeyimizi bildirdiyimiz üçün baş verib. Fransa hakimiyyəti kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Digər asılı dövlətlər qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Lakin biz Azərbaycan hakimiyyəti olaraq heç kimə hesab vermirik. Haqlı mübarizəmizdə öz sözümüzü deməyi bacarırıq. Azərbaycan öz inkişafının ən parlaq dönəmini yaşayir. Bizim heç bir köməyə ehtiyacımız yoxdur.Böyük dövlətlərin belə paxıllıqla yanaşdığı təbii sərvətlərimiz və xalqımızın İlham Əliyevə sonsuz dəstəyi sayəsində hər bir çətinliyin haqsızlığın lazımi cavabını verə bilərik.
Azərbaycan eyni zamanda çox etibarlı tərəfdaşdır. Ədalətli və mehriban qonşuluq prinsipinə sadiqdir. Bizim Rusiya və Türkiyə ilə münasibətlərimiz dünya ölkələrinə nümunə ola biləcək dərəcədədir. Cəmiyyətimizdə rus dilinə olan münasibət ən yüksək səviyyədədir. Eyni zamanda dünya ölkələri ilə də əməkdaşlığımız hər keçən gün yeni müstəviyə çıxır. COP-29 kimi əhəmiyyətli və böyük tədbirin Bakıda keçirilməsi artıq sözə ehtiyac qoymur. 
Bəli, Azərbaycan hakimiyyəti qarşısına qoyduğu bütün məsələlərdən layiqincə cıxmaqda davam edir. Ərazi bütövlüyümüzün təmin edilməsi, uzun illər həsrətini çəkdiyimiz torpaqlarda suveren hüquqlarımızın bərpası tariximizə qızıl hərflərlə yazıldı. Bunun baş verəcəyinə yəqin ki, bəzi mənfur qüvvələr inanmır hətta mane olurdular. Lakin hakimiyyət və xalqımızın birliyi arzularımızı reallığa çevirdi. Artıq biz böyük dövlətlərin bela hesablaşmalı olduğu regionumuzun ən qabaqcıl dövlətiyik. Qarşıda duran vacib məsələlərdən biri də Ermənistanla sülh müqaviləsinə nail olmaqdır. Düşünürəm ki, bü tarixi hadisə də cox qısa müddətdə öz həllini tapacaq. Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi altında nəinki regionda eyni zamanda dünyada aparıcı dövlət olacaq.
Məcid Rəsulov
Suraxanı rayonu 140 saylı tam orta məktəbin direktoru 
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti