Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti isə torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə,işğalçının işğalçı kimi tanınmasına istiqamətlənib.Azərbaycanı bu gün Cənubi Qafqazda ən qüdrətli orduya, iqtisadiyyata malik olan dövlət kimi bütün dünya tanıyır.Azərbaycan Respublikasının Prezidentinin prinsipial, qətiyyətli mövqeyi sayəsində Azərbaycanın ardıcıl şəkildəqazandığı diplomatik uğurlar Ermənistanın rəhbərliyini çətin vəziyyətdə qoyur, işğalçı ölkə kimi onu beynəlxalq iqtisadi layihələrdən kənarda saxlayırdı.Azərbaycan bütün dünya ölkələri ilə dostluq-əməkdaşlıq niyyətindədir və həmin ölkələrlə həm iqtisadi, həm siyasi sahədə əməkdaşlıq edir. Belə ölkələrdən biri də Rusiya Federasiyasıdır.Əsrlər boyu Azərbaycan Rusiya ilə qonşuluq münasibətlərində olmuşlar. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya Federasiyası arasında müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalandı. Bu Bəyannamədə iki ölkənin prezidentləri arasında dostluq, mehriban qonşuluq, tarixi ənənələrə, mədəni-humanitar əlaqələrə arxalanaraq bir sənəd imzalanmışdı. Bu ölkələr bir-birinin daxili işlərinə qarışmamaq, hüquqi bərabərliyi,ərazi bütövlüyünə toxunmamaq, mübahisəli məsələləri dinc yolla həll etmək razılaşması əldə olundu. Azərbaycan və Ermənistan Respublikası arasında münasibətlərin normallaşması istiqamətində Rusiya Federasiyasının rolu xüsusilə vurğulandı.Bu gün Azərbaycan və Rusiya iki etibarlı tərəfdaşdır. Hər sahədə Rusiya və Azərbaycan mehriban qonşuluq münasibətindədir. Bütün Avropa ölkələri, o cümlədən ABŞ Ukrayna-Rusiya müharibəsində Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi halda, Azərbaycan öz ədalətli siyasətini həyata keçirir.İlham Əliyev müsahibəsində Makron hökumətinin Ermənistana verdiyi silahlardan da danışdı. Bunun nə dərəcədə təhlükəli olduğunu vurğuladı. Ermənistanı ABŞ və Hindistanda silahlarla təmin edirlər. Ermənistan silahların əksəriyyətini pulsuz və ya kreditlə alır.Azərbaycan 2025-ci ildə hərbi büdcəsini 5 milyard dollara çatdırıb, çünki Ermənistan tərəfindən təhdidlər var, biz də bu səbəbdən hərbiyə bu rekord həddə pul xərcləyirik. Əgər bu tədbirlər olmasa idi, bu pulları Qarabağın bərpasına istifadə edərdik.Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır. Əgər bu məsələlər ləğv olunsa, sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq.
Müsahibədə Prezidentimiz Gürcüstan, qardaş Türkiyə məsələsinə gəldikdə onlar bizim yaxın dostumuz və tərəfdaşımızdır deyə bildirdi.Hazırda Azərbaycanda bir milyona yaxın şagird rus dilindətəhsil alır və onu 2-ci dil kimi öyrənir. 2 universitet rus dilində fəaliyyət göstərir. Respublikamızda bu dilə çox ehtiyac var. Dil bilmək insanları zənginləşdirir. Azərbaycan Rusiya dostluğu həmişə olub, olacaqdır.
Günay Adnayeva
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Sozcu.info