Prezident Ərdoğan Suriyaya təntənəli səfərə hazırlaşır

Sozcu.info xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan tezliklə nazirlərin də daxil olduğu böyük nümayəndə heyəti ilə birlikdə Suriyaya səfər etməyə hazırlaşır. Səfərdə məqsəd Suriyanın yeni hakimiyyəti ilə sıx əlaqələr qurmaq və ona hərtərəfli dəstək göstərməkdir.
Bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat verib. Qəzet yazır: "Tezliklər Suriyada müvəqqəti hökumət formalaşdırılacaq. Prezident Ərdoğan nazirlərin daxil olduğu böyük nümayəndə heyəti ilə birlikdə Dəməşqə səfər edəcək".
Bundan əvvəl Prezident Ərdoğan Türkiyənin Suriyanın yeni rəhbərliyi ilə sıx əlaqələr saxladığını, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərlərinin ardından Türkiyənin yüksək vəzifəli şəxslərinin Suriyaya səfərlərinin sayının artacağını bəyan etmişdi.
Ərdoğanın Suriyaya səfər edəcəyi tarixin hələ dəqiqləşdirilmədiyi bildirilir.



Oxşar Xəbərlər

Xəbər lenti