Hər zaman İmzamız imzalar içində şərəflə tanınacaq!

Srategiya! Ağıl, düşüncə, savad, uzaqgörənlik, yüksək idarəçilik qabiliyyəti, istər daxili, istərsə də xarici siyasətdə nüfuzlu və öz çəkisini saxlamağı bacaran bir lider! Bütün bu sadaladıqlarım öz Prezidentim haqqında düşündüyüm çox az və ilk ağlıma gələnlərdir...
Əslində Cənab İlham Əliyevin haqqında günlərlə, aylarla, saatlarla danışmaq olar və onun hər bir cümləsini, hər bir gördüyü əməli işi milləti, xalqı üçün etdiyi fədakarlıqların, bir-bir şərhini vermək olar. Bu yazdığım fikirlər, hər dəfə onun  televiziya vasitəsi ilə çıxışlarından, görüşlərindən sonra məndə yaranan müsbət təəssüratın nəticəsidir. 
2025-ci ilin 7 yanvar tarixində televiziya kanallarına verdiyi müsahibədə cənab İlham Əliyev o qədər zəngin və ətraflı çıxışlar etdi ki, televizorun qarşısında ona qulaq asdıqca,ayaq üstə donub qalmışdım. Sanki onun hansısa bir cümləsini eşitməsəydimmənə elə gəlirdi ki, vacib bir məsələ haqqında anlayışım olmayacaqdı. 
Prezident çıxış edirdi! O dövləti üçün gördüyü işləri, eyni zamanda xarici ölkələrlə bağlı, Azərbaycanla qonşuluq və dostluq əlaqələri olan dövlətlər haqqında fikirlərini, İslam dünyasına necə bağlı olduğunu, Azərbaycanın gələcəkdə də, necə inkişaf etmiş dövlət olacağını, verdiyi müsahibəsində ətraflı danışırdı...
Ona qulaq asdıqca, qürur hissi keçirdirəm. Bu nailiyyətlərin əldə olunması əslində nə qədər zəhmət tələb edir.  
Azərbaycan dövlətinin bu illər ərzində iqtisadiyyatının necə güclənməsi, qeyri-neft sektorunun eyni zamanda inkişafıvalyuta ehtiyatlarımızın, büdcəmizin artımı, vətəndaşlarımızın xoşbəxt gələcəyinə işarədir!
Prezident Cənab İlham Əliyev öz çıxışında: “Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar! ”, deməsi  söz xatirinə deyilən söz deyil!
2025-ci ilin 1 yanvarından minimum əmək haqlarının, pensiyaların artırılması, hal-hazırda “Böyük qayıdış” üçün görülən əməli işlər, Qarabağın yenidən müasir şəkildə, əvvəlkindən də gözəl  qurulması, abadlaşdırılması, tarixi abidələrin bərpası, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün ayrılmış, 8.4 milyard manat vəsait, güclü dövlətin inkişaf etmiş, zəngin iqtisadiyyatından xəbər verir.  
Azərbaycanın 2024-cü ilin sonlarında COP29-a ev sahibliyi etməsi, bir daha böyük dövlətlər arasında bizim nüfuzumuzu və çəkimizi göstərərək, böyük uğurumuz oldu. 
Azərbaycan dövlətinin “Qoşulamama hərəkatı”nda dörd il sədrlik etməsinə baxmayaraq, üzv dövlətlərin, yekdil qərarı ilə sədrliyimizin bir il də uzadılması, bizim dövlət rəhbərimizə olan inamın və hörmətin təcəssümüdür. Ailə hər zaman ailə başçısı ilə tanınır və həmin ailəyə, o insanlara görə dəyər verilir. Bu gün bizim dövlətimiz sanki böyük bir ailədir, ailə başçımız isə bizim Prezidentimizdir! Bizi böyük dövlətlər arasında tanıdan, xarici və daxili siyasətimizi zənginləşdirən, böyük uğurlara imza atan, bir çox beynəlxalq hadisələrə ev sahibliyi etdirən məhz İlham Əliyev cənabları vəOnun uzaqgörən strategiyasıdır!  Azərbaycanən D-8 təşkilatına qəbul edilməsi, bizim Prezidentimizin bu illər ərzində İslam Dünyasına xüsusilə müsəlman ölkələrinin hər zaman dostu olmasının işarəsidir. Bu təşkilata üzv olmaqla,  Azərbaycan Dövlətinin məsuliyyəti daha da artır, gələcəkdə bir dövlət olaraq, daha da fəal olması və özünün müsbət yönümdə həmin təşkilata üzv dövlətlərin sırasında olmağın bariz nümunəsidir. 
Azərbaycan Prezidenti Cənab İlham Əliyev 7 yanvar 2025-ci il tarixdə televiziya kanallarına verdiyi müsahibəsində bir çox iqtisadi, siyasi, xarici, daxili məsələlərə aydınlıq gətirdi və çıxışında Azərbaycan-İran münasibətlərinə, həmçinin Fransanın bizə qarşı olan mövqeyinə öz baxış bucağından münasibət bildirdi.

Mən deyərdim ki, bizim Prezidentimizin uzaqgörən siyasəti, hər bir sahədə uğurlara imza atması, iqtisadiyyatdan tutmuş hərbi strategiyada zəfər əldə etməsi, təkcə Fransanı deyil, bir çox dövlətlərin həsəd və qibtəsinə səbəb olub. COP29-a qarşı baykot etmək istəyənlər, Azərbaycanın inkişafını, bir daha dünya gözü ilə görmək istəməyənlərdir!
Nə qədər ki Azərbaycanın Ulu Öndər varisi olan Cənab İlham Əliyev kimi Lideri olacaq, hər zaman dövlətimizin bayrağı, hər bir sahədə yüksəklərdə ucalacaq, İmzamız imzalar içində şərəflə tanınacaq.

Cəmilə Ağayev Əmircan Bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti