Bizim üçün COP 29 böyük bir çağırış və imkan idi




Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib və bir çox mühüm sualları cavablandırıb.

Bu suallardan biri yaxın zamanlarda ölkəmizdə keçirilən, beynəlxalq səviyyədə ilin ən mühüm tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) bağlı cavabı vurğulamaq lazımdır. bii ki, COP29 ölkəmizin beynəlxalq aləmdəkinüfuzunun parlaq bir göstəricisi, uğurlu addımı idi. Ölkəmizin təqdimatı bizim üçün mühüm amil idi. Bu tədbirdə 197 ölkədən 76 min iştirakçı qeydiyyatdan keçmişdi.

Regionumuzda son vaxtlarda hələ buna bənzər, bu qədər sayda qonağın iştirak etdiyi ikinci belə mühüm tədbir keçirilməmişdi.Prezident İlham Əliyevin vurğuladığı kimi, görüşdüyü və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı şahid olduqlarının onlarda böyük, əvəzolunmaz təəssürat yaratdığını söyləmişdilər, çünki Azərbaycan haqqında məlumat azlığı, ölkəmiz haqqında məqsədyönlü  dezinformasiya bəzilərinin fikirlərinə təsir edir və onlar ölkəmizə gəlib  fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə onlarda fərqli təəssürat yaratmışdı.

İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırır.Rəsmi Bakı ev sahibi qismində qarşıya qoyulan məqsədlərə nail olmuş, COP29-un hədəflərinə çatması üçün gərgin iş aparmışdır. Dünyanın ən müxtəlif qurumları, qeyri-hökumət təşkilatları, beynəlxalq institutları ilə qarşılıqlı müzakirələr, dialoq yolu ilə hədəfə istiqamətlənən yoldakı  maneələr uğurla aradan qaldırılmışdır. Bu cür beynəlxalq tədbirə ev sahibliyi etmək son dərəcədə məsuliyyətli və çətin bir iş idi, Azərbaycan da həmişəki kimi bu işin öhdəsindən layiqincə gəldi.

 

Yunis Əsgərli

Suraxanı RİHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti