12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Bu münasibətləri xalqlarımızın milli maraqları şərtləndirir. Ölkələrimizin ali rəhbərliyi səviyyəsində təşəkkül tapmış fəal siyasi dialoq əlaqələrin sağlam təməlini təşkil edir. İki ölkənin müxtəlif qurumları arasında sıx təmaslar mövcuddur və mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir.
Bu səfərlərdən biri də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana yanvar ayının 17-də baş tutmuş işgüzar səfəridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxışı zamanı deyib: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.
Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyəti ondadır ki, parlament seçkilərindən sonra bu onun ilk xarici səfəridir. Parlament seçkilərindən sonra nazirin ilk səfərinin Azərbaycana olması, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Prezident İlham Əliyev öz bəyanatında da demişdir: “Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər”.
Azərbaycan qardaş Gürcüstan dövlətinin inkişafına, orada əmin-amanlığın və firavanlığın təmin olunmasına həmişə öz töhfəsini vermişdir. Dövlətimiz Gürcüstanın ərazi bütövlüyünə dərin hörmət bəsləyir və ölkədə baş verən siyasi prosesləri diqqətlə izləyir. Çünki strateji enerji layihələri və nəqliyyat dəhlizləri ilə Azərbaycana bağlı olan Gürcüstanda ictimai-siyasi sabitliyin olması regional rifahın qorunması baxımından böyük əhəmiyyət daşıyır.
Bir sözlə demək olar ki, Gürcüstan Baş naziri İrakli Kobaxidzenin Azərbaycana son səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına şərait yaradacaqdır.
Nigar Qasımzadə
Suraxanı rayonu, Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info