Azərbaycan Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir

Bildiyiniz kimi Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra mətbuata bəyanat vermişdir. Bəyanatda ölkələrimizin ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstəyin ifadə olunması hər iki dövlətin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığının dəstəklənməsi barədə açıqlama verilmişdir. Həmçinin Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını da vurğulamışdır. 

Eyni bölgədə yerləşdiklərindən Azərbaycanla Gürcüstan arasında əlaqələrin qədim və zəngin tarixi var. Tarixin ən ağır sınaqlarından çıxan bu əlaqələr mərhələ ilə inkişaf edib və hər dəfə yeni mahiyyət kəsb edir.

Eyni zamanda, energetika nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr qarşılıqlı əlaqələri güclənməsinə, bölgədə gedən proseslərə müsbət təsir göstərir.

Prezident İlham  Əliyev müxtəlif dövrlərdə Gürcüstan Respublikasının hökümət başçıları və baş nazirləri ilə görüşmüşdür. Bu səfərlərin 44-ü rəsmi, 70-i isə işgüzar səfər olmuşdur.

Hər iki ölkənin parlamentləri ilə görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin çox intensiv və güclü olması bu münasibətləri daha da möhkəmləndirmək baxımından davamlılığı mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Gürcüstan Baş Naziri ilə görüşünü əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyini bildirdi.

Fuad Rəhimov

Yeni Suraxanı bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən

Sozcu.info

                                                                  





Oxşar Xəbərlər

Xəbər lenti