İkitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir

Fevralın 11-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ölkəmizə səfərə gəldi. Bu, münasibətlərimiz tarixində ilk rəsmi səfər olduğundan qarşılıqlı əlaqələrimizin inkişaf etdirilməsi yolunda xüsusi önəmə malikdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu. Belə ki, fevralın 12-də Bakıda Azərbaycan və Somali arasında yalnız siyasi və iqtisadi deyil, həm də təhsil, müdafiə və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək sahələrini əhatə edərək iki ölkənin münasibətlərini daha da möhkəmləndirməyi hədəfləyən sənədlər imzalandı.
Prezident İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda qeyd olunduğu kimi, Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimiz daha yüksək səviyyəyə qalxacaq. Əlbəttə qeyd etmək yerinə düşər ki, hazırda ikitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verilir”. “Təhsil sahəsində artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. İmzalanmış sənədlər onların sayını artırmaq imkanını da yaradacaq. Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüdlə təhsil alması artıq iki ölkə arasındakı akademik əlaqələrin qurulduğunu göstərir. Bu tələbələrin universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına da fayda verəcək.

Qeyd etməliyik ki, imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir. Hazırda Azərbaycan tərəfi Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır. İnfrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində bizim əməkdaşlığımız yüksək nəticə verə bilər. Çünki Azərbaycan artıq bu və digər sahələrdə həm yerlihəm də beynəxalq uğurlar qazana bilib. Bizim təcrübəmiz və iqtisadi gücümüz buna imkan verir ki, Somaliyə sərmayə qoyaraq həm o ölkənin inkişafına, həm də sahibkarlıq subyektlərinə fayda vermiş olarıq. Bu baxımdan kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik.
hsil, iqtisadiyyat, müdafiə və dövlət xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi, həm Azərbaycanın, həm də Somalinin inkişafına töhfə verəcək. Bu razılaşmalar yalnız mövcud əlaqələri gücləndirməklə kifayətlənməyəcək, həm də gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Hər iki ölkənin bir-birinə verdiyi dəstək və ortaq maraqları, bu münasibətlərin uzunmüddətli və davamlı olacağını göstərir.Bu sənədlər, iki ölkə arasında uzunmüddətli və dərin strateji tərəfdaşlığın əsasını təşkil edir. Azərbaycan və Somali arasında qurulan bu əlaqələr təkcə iqtisadi və siyasi sahədə deyil, həm də mədəni və humanitar aspektlərdə hər iki xalqın rifahına xidmət edəcək.
  "Hər bir böyük tərəfdaşlıq etibar üzərində qurulur. Azərbaycan və Somali bu gün bir-birinə olan etibarını bir daha təsdiqlədi."

Ellada İbadova

Suraxanı rayonu, B.Qulamoğlu adına 285 saylı tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti