Özbəkistan idman sahəsində yeni uğurlar əldə edir

2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri, iki qardaş ölkə arasında münasibətlərin tarixində əlamətdar bir gün kimi yadda qaldı. Prezident cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatda səfərin qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçdiyini vurğulaması, əlaqələrin nə qədər dərin və səmimi olduğunu bir daha nümayiş etdirdi. Bu səfər çərçivəsində keçirilən ikitərəfli görüş və Dövlətlərarası Şuranın ilk iclası, münasibətlərin strateji və müttəfiqlik xarakterini təsdiqləyən mühüm platforma rolun oynadı.    Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin hazırkı yüksək səviyyəsinin hüquqi əsasını ötəil Daşkənddə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə təşkil edir. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənəd istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Artıq iki ildir ki, rəsmi müttəfiq statusunda olan Azərbaycan və Özbəkistan, bu ittifaqı beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyət və davamlı dəstək ilə nümayiş etdirir. Bu, təkcə siyasi bəyanatlarda deyil, həm də bir çox sahədə reallaşdırılan konkret layihələrdə öz əksini tapır. İki ölkə rəhbərliyinin bir-birinin uğurlarına sevinməsi də bu qardaşlığın bariz nümunəsidir. Azərbaycan Özbəkistanın sürətli inkişafını, həyata keçirilən genişmiqyaslı islahatları və beynəlxalq imicinin artmasını böyük məmnuniyyətlə izləyir. Prezident cənabİlham Əliyevin Özbəkistanın futbol üzrə yığmasının dünya çempionatının final mərhələsinə çıxması münasibətilə təbriki, bu uğuru ölkə rəhbərliyinin gənclərin təlim-tərbiyəsinə yönəlmiş müdrik siyasətinin nəticəsi kimi dəyərləndirməsi, münasibətlərin nə qədər səmimi olduğunun göstəricisidir. Bu qələbə, özbək idmançılarının beynəlxalq arenada, o cümlədən Yay Olimpiya Oyunlarında qazandığı digər şanlı nailiyyətlərin davamı kimi görülür.Özbəkistanın Azərbaycan üçün ən çətin dövrlərdə göstərdiyi dəstək xüsusi qeyd edilməlidir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistan ilk təşəbbüs göstərən ölkə olmuşdur. Prezident Şavkat Mirziyoyev Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən ilk dünya lideri kimi tarixə düşüb.Məhz Özbəkistan tərəfindən inşa edilən və özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəb, bölgədəki ilk sosial təhsil infrastruktur obyekti olmuşdur. Bu məktəbdə öz doğma torpaqlarına qayıdan azərbaycanlı uşaqların təhsil alması böyük rəmzi məna daşıyır. Qardaş köməyi bununla da bitmir. Xankəndi şəhərində Özbəkistan sərmayəsi və texnologiyaları hesabına yaradılan tikiş fabriki, azad edilmiş ərazilərdəki ikinci mühüm layihədir. Bu müəssisə 200-dən çox insanı işlə təmin etməklə yanaşı, həm sosial infrastrukturun, həm də sənaye istehsalının bərpasına mühüm töhfə verir. Azərbaycan bu dəstəyi çox yüksək qiymətləndirir və buna görə dərin minnətdarlığını bildirir.Səfər çərçivəsində atılan addımlar həm də dərin rəmzi məna kəsb edir. İki ölkə prezidentinin birlikdə Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışını etməsi planlaşdırılır. Bu binanın şəhərin mərkəzində, vaxtiləÜmummilli Lider Heydər Əliyev tərəfindən ayrılmış ərazidə inşa edilməsi tarixi əhəmiyyətə malikdir. Bundan əlavə, Bakının ən perspektivli və müasir urbanizm layihələrindən olan “Ağ şəhər”in mərkəzində, təxminən 5 hektarlıq ərazidə “Özbəkistan” parkının təməlinin qoyulması planlaşdırılır. Ötən il Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı təqdimatı keçirilən bu layihə üçün artıq ərazi köhnə tikililərdən təmizlənib və zəruri hazırlıq işləri görülüb. Bu parkın qısa müddətdə Bakıda gözəl bir Özbəkistan guşəsinə çevriləcəyi və həm yerli vətəndaşların, həm də turistlərin sevimli məkanına çevriləcəyi şübhəsizdir. Bütün bu layihələr, Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin sadəcə siyasi və iqtisadi deyil, həm də dərin tarixi köklərə, qardaşlıq və səmimiyyətə əsaslandığını bir daha sübut edir. Şübhə yoxdur ki, bu cür layihələrin sayı gələcəkdə daha da artacaq və iki ölkə arasındakı strateji müttəfiqlik daha da möhkəmlənəcəkdir.
Rəşad Mürşüdov
Suraxanı RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti