COP29 ölkədə ilin tədbiri oldu

Bildiyiniz kimi, İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib

    Bu ilki Forum rəqəmsal keçidlər, süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi mövzusuna həsr olunmuş, məhz medianın çağırışlar və imkanlar qarşısında müqavimətinin gücləndirilməsi, o cümlədən rəqəmsal transformasiyanın təsirinə və müstəqil jurnalistikanın, sülhün, inkişafın, qarşılıqlı anlaşmanın daha da artırılması mövzularını əhatə etmişdir.

       Həqiqətən bu, ölkədə ilin tədbiri oldu. Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyadan çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. Düşünürəm ki, onlar üçün maraqlı tanışlıq idi. Qlobal iqlim gündəliyinə töhfəmizə gəldikdə deyərdim ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. 

     Özbəkistanlı qardaşlarımızın dəstəyi bizim üçün həmişə çox dəyərli olub. Bildiyiniz kimi, Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Hörmətli Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilməsi Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir. 

     Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək.        Daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyi də ön plana çəkilmişdir. 

     Daxili, regional, enerji infrastruktur layihələrinə gəldikdə,  Azərbaycanın öz inkişafına hansı istiqamətdə davam edəcəyi, yaşıl enerji layihələri üzərində çalışması aydın məsələdir. 


Həqiqət Məmmədova  

Yeni Suraxanı bələdiyyə sədri                               Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti